Azərbaycan yeni hərbi təyyarələr alır

img

14-05-2016 [11:17]


Azərbaycan Ukraynadan yeni təyyarələr alacaq.

Mia.az Anspress-ə istinadən xəbər verir ki, məlumata görə, Ukrayna dövlət müəssisəsi "Antonov" Azərbaycana "An-178" tipli on yeni nəqliyyat təyyarəsi satmağı planlaşdırır. Azərbaycanla yanaşı bu hərbi nəqliyyat təyyarələrindən ikisi də Çinə satılacaq.

Azərbaycana satılması planlaşdırılan nəqliyyat təyyarələrinin çatdırılma müddəti və müqavilənin detalları hələ məlum deyil.

Hərbi nəqliyyat olan "An-178" təyyarəsi Ukraynanın Antonov şirkəti tərəfindən istehsal edilir. Bu model təyyarələr "Antonov” An-158 hərbi hava gəmisinin əsasında yığılır.

Təyyarənin yükgötürmə qabiliyyəti 18 tondur. Bu təyyarə bazarda "An-12" təyyarəsinin əvəzi kimi tanınır.

2010-cu ildən yığılmağa başlayan təyyarənin qiymətinin 40-70 milyon dollar arasında olduğu deyilir. Bu model İtaliyanın "Aleniya” C-27j, ABŞ-ın "Lockheed Martin” C-130j, Braziliyanın "Embraer” KC-390 və Rusiyanın İl-214 təyyarələrinə rəqibdir.

2015-ci ildə Səudiyyə Ərəbistanı "Antonov” təyyarəsindən 30 ədəd sifariş edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA