13-05-2016 [20:59]
ATƏT Parlament Assembleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyev qurumun baş katibi Roberto Montella ilə görüşüb.
Bu barədə Mia.az-a ATƏT PA-nın Kopenhagendə yerləşən Beynəlxalq katibliyindən məlumat verilib.
Məlumatda deyilir ki, mayın 11-də ATƏT Parlament Assembleyasının Prezidenti İlkka Kanerva ilə görüşən A.Quliyev mayın 12-də isə baş katib R.Montella və Katibliyin əməkdaşları ilə ATƏT regionundakı problemlərin həllində Assembleyanın təsirinin artırılması ilə bağlı müzakirələr aparıb. Həmçinin, 5 iyun 2016-cı ildə keçmiş Yuqaslaviya Respublikasına daxil olan Makedoniyada keçiriləcək parlament seçkilərində ATƏT PA-nın seçki müşahidəsi missiyasının rəhbəri kimi A.Quliyevə Katiblik tərəfindən bu ölkədəki ən son vəziyyətlə bağlı məlumat verilib.
Görüş zamanı həmçinin bu ay Assambleyanın Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsinin Azərbaycana səfərinə hazırlıq və regiondakı hazırki vəziyyət, eləcə də Assambleyanın iyulun əvvəlində Tbilisidə keçiriləcək növbəti illik sessiyasına hazırlıq barədə məsələlər müzakirə olunub.
Qeyd edək ki, A.Quliyev ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsinə ilk dəfə 2013-cü ildə Assembleyanın İstanbulda keçirilən İllik Sessiyasında seçilib. A.Quliyev sonra iki dəfə təkrarən bu vəzifəyə seçilib. A.Quliyev 2005-ci ildən ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvüdür və Assambleyanın Belarus, Gürcüstan, Rumıniya, Rusiya, Serbiya, Böyük Britaniya və Ukraynada seçki müşahidə missiyalarında iştirak edib(Trend).




Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi