Ermənilərə məxsus 2 uçuş aparatı məhv edilib - Müdafiə Nazirliyindən açıqlama (VİDEO)

img

13-05-2016 [20:00]


"Qüvvələrimizin sərəncamında olan bütün məxsus pilotsuz uçuş aparatları (PUA) yerindədir”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ermənistan mətbuatında guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının vurulmasına dair yer alan iddialara cavab olaraq bildiriblər:

"Dəqiq məlumata görə erməni tərəfi səhvən öz PUA-nı vuraraq yerə salıb və bu cür məlumatlar yaymaqla fikri həqiqətdən yayındırmaq istəyir. Bildiririk ki, mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55” tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib. Beləliklə, mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA məhv edilib”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA