13-05-2016 [18:39]
Rüşvət və korrupsiya qalmaqallarında adı ön sıralarda hallanan ali məktəblərdən biri olan Gəncə Dövlət Universitetində (GDU) son 5 ildə 3 dəfə rektor dəyişikliyi olsa da, bu təhsil ocağında yenə də vəziyyət acınacaqlı olaraq qalır.
Son vaxtlar universitet tələbələrindən daxil olan davamlı şikayətlər, habelə mediada dərc olunan saysız-hesabsız neqativ materiallar GDU-da durumun getdikcə daha da dərinləşdiyini göstərir.
GDU-da rüşvət cədvəli
Bir neçə gündür ki, GDU-nun bütün ixtisaslarında buraxılış kurslarının yaz imtahan sessiyası başlayıb. Verilən məlumatlarda bildirilir ki, rektor Yusif Yusibov "imtahan mövsümü" üçün xüsusi qiymət cədvəli hazırlayıb. Həmin cədvələ əsasən imtahanlardan 3 almaq istəyən tələbələr 50-60, 4 almaq istəyənlər 70-80, imtahanı əla qiymətlə bitirmək istəyənlər isə 100-120 manatdan keçməlidir.
Məlumat verən mənbələr bildirir ki, rektorun tapşırığı ilə dərslərini oxuyan və imtahanlardan biliyi hesabına keçməyə çalışan tələbələr rektorun tapşırığı ilə müəllimlər tərəfindən sıxışdırılır, imtahandan kəsilir və rüşvət verməyə məcbur edilir.
Rektor həmçinin dərsə gəlməyən tələbələr üçün də "qiymət cədvəli" hazırlayıb. Belə ki, dərsdən yayınan tələbələrdən hər "qayıb" üçün 10 manat tələb olunur.

Yusif Yusibov, rektor
Yusif Yusibovun qanunsuz əməlləri barədə tələbələr və valideynləri bu günə qədər dəfələrlə dövlət orqanlarına şikayət edib. Amma heç bir nətiəcəsi olmayıb. Çünki rektorun qardaşı Cavanşir Yusifov Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi kimi böyük bir vəzifəni tutur və onu bütün təhlükələrdən qoruya bilir.
Yusif Yusibovun 1 milyonluq rüşvət oyunu
Yeri gəlmişkən, Yusif Yusibovun Gəncə Dövlət Universitetində rüşvət ocağı yaratdığını, hətta müəllim və tələbələrin xüsusi cihazlarla dinlənildiyini iddia edən məlumatlı şəxs qeyd edir ki, onun gəlişindən sonra reallaşan 13 tenderin ümumi qiyməti 1 milyon manatdan artıq olub və həmin vəsaitin böyük bir hissəsi təyinatdankənar istiqamətlərə yönləndirilib:
"Həmin 13 tenderə ümumilikdə 1.016.915 manat sərf olunub. Bu məbləğin 625.514 manatı təmir, 90.977 manatı abadlıq, 76.700 manatı avadanlıq, 74.680 manatı inventar, 44.850 manatı mətbəə, 41.791 manatı dəftərxana, 37.900 manatı nəqliyyat vasitəsinin alınması, 24.503 manatı isə "sair xərclər"ə sərf olunub. Deyilənlərə görə, öncəki illər Gəncə Dövlət Universitetinin heç bir tenderini qazanmayan, yüksək çinli məmurlardan birinə aid olduğu deyilən "İnstal-Servis" MMC əsaslı təmir işlərini 527.049 manata görüb. 2015-ci ilin 6 ayı üzrə ali təhsil ocağında ümumi dəyəri 1.882.199 manat olan 15 satınalmaya dair məlumat var. Bu da əvvəli rektorun xərclədiyindən 10.68 dəfə çoxdur. Əvvəlki illərdə təkrar-təkrar təmir aparılmasına baxmayaraq, bu dəfə də 1.421.294 manatlıq təmir işi "İlqar-MR" MMC-yə həvalə olunub. Bu firmanın da adı şübhəli tenderlərin siyahısındadır. Ötən il üç dəfə, ümumilikdə 1.517.179 manat dəyərində təmir aparılıb, 25 min manata da layihə-smeta işləri görülüb. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, son illər ərzində Gəncə Dövlət Universitetinə ayrılan vəsaitlərin böyük bir hissəsi məhz tenderlər vasitəsilə yeyintiyə məruz qalıb"(qaynarinfo.az-a).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi