Putinin Azərbaycana səfəri ilə bağlı müəmma - Kreml rəsmi açıqlama yaydı

img

13-05-2016 [17:15]


"May ayında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri planlaşdırılmayıb".

Bu barədə APA-nın Moskva müxbirinə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, V. Putinin may ayında Bakıya səfər edəcəyi ilə bağlı xəbərlərin heç bir əsası yoxdur: "Bu ay ərzində prezidentin Azərbaycana səfəri planlaşdırılmır”.

Diplomatik mənbələrdən APA-nın Moskva müxbirinə verilən məlumata görə isə Rusiya prezidentinin yay fəslinin sonuna kimi Azərbaycana səfər edəcəyi istisna edilmir. Səfər güman ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə iştiraklı bağlı olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA