13-05-2016 [17:10]
"Azərbaycanda dövlət və din məsələləri yüksək səviyyədədir. Amma buna baxmayaraq, bəzi çətinliklərimiz də var. Bəzi qüvvələr istəyir ki, Azərbaycanı qarışdırsın, məzhəb ayrılığı salsın”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Abuzər İbrahimi Türkmanla görüşündə deyib.
O bildirib ki, Azərbaycanda həm sünni, həm şiə məzhəbi mövcuddur. Ölkəmizdə sünnilərlə şiələr bir yerdə namaz qılır, sülh əmin-amanlıq şəraitində yaşayır. Hacı Allahşükür Paşazadə qeyd edib ki, bu hal heç bir ölkədə yoxdur.
Şeyx görüşdə İran-Azərbaycan münasibətlərinə də toxunub. O bildirib ki, son vaxtlar iki ölkə arasında münasibətlərə kölgə salmaq istəyən qüvvələr var: "Biz çalışırıq ki, o qüvvələrə mane olaq. Azərbaycan və İran arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Bu yaxınlarda prezident İlham Əliyevin İrana səfəri bunun ən yüksək səviyyədə olduğunu bir daha sübuta yetirdi. Bu qardaşlığın və dostluğun göstəricisidir”.
Şeyxülislam görüşdə Dağlıq Qarabağ probleminə də diqqət çəkib. O bildirib ki, bu problem Azərbaycanın ən böyük dərdidir: "Qarabağda dini məbədlər işğal altındadır. Biz sülhə ümid edirik, sülh istəyirik. Azərbaycan tərəfi aprel ayında erməni hərbi birləşmələrinin cəbhə xəttində törətdiyi təxribatın qarşısını alarkən ərazilərimizin bir hissəsini erməni işğalından azad edib. Bu prosesdə İran bizim səsimizə səs verib, bizə dəstək olub. Ağır gündə İran xalqı hər zaman Azərbaycan xalqının yanındadır. Mən öz adımdan İran rəhbərliyinə təşəkkür edirəm. İki dövlət rəhbərinin bir-birinə olan qardaşlıq münasibəti böyük rol oynayır. Allaha dua edirəm ki, bu xoş münasibətlər, qardaşlıq davam etsin”.
A. İbrahimi Türkman isə Azərbaycanla İran arasındakı əlaqələrin qədim tarixə söykəndiyini diqqətə çatdırıb. O qeyd edib ki, iki ölkə arasında münasibətlər inkişaf edir: "Mən səfərdə olarkən Azərbaycanda bütün sahələrdə inkişafın şahidi oldum. Azərbaycan-İran münasibətlərinə mane olmaq istəyən qüvvələr istəsə də, buna nail ola bilməzlər”.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi