ARDNŞ-in tabeliyinə verilmiz ?Azərikimya? Dövlət Şirkətində müzavirə keçirilib

img

03-04-2010 [05:26]


Azərbaycan Respublikası Prezidentinin ?Neft-qaz emalı və neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında? 2 aprel 2010-cu il Sərəncamına əsasən, ?Azərikimya? Dövlət Şirkətinin ARDNŞ-nin tabeliyinə verilməsi ilə əlaqədar olaraq aprelin 3-də Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin digər nümayəndələri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev ?Azərikimya? Dövlət Şirkətində olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ARDNŞ rəhbərliyi ?Azərikimya? Dövlət Şirkətinin idarəetmə aparatı və bu şirkətin strukturuna daxil olan müəssisələrin rəhbərləri ilə görüş keçirib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının neft-qaz emalı və neft-kimya sənayesinin inkişafı istiqamətində ARDNŞ qarşısında qoyduğu vəzifələrdən geniş söhbət açılmış, bu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkanların səfərbər olunacağı bildirilib. ARDNŞ prezidenti ?Azərikimya? Dövlət Şirkətinin strukturunun ARDNŞ-nin idarəetmə strukturuna uyğunlaşdırılması istiqamətində zəruri hüquqi hərəkətlər başa çatdırılanadək ?Azərikimya?nın mövcud idarəetmə mexanizmlərinin normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə konkret tapşırıqlar verib. Azərbaycan Respublikası Prezidentinin ?Neft-qaz emalı və neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında? 2 aprel 2010-cu il Sərəncamından irəli gələn vəzifələrin icrasının təmin edilməsinə nəzarət və ?Azərikimya? Dövlət Şirkətinin fəaliyyətinin ARDNŞ tərəfindən istiqamətləndirilməsi ARDNŞ-nin vitse-prezidenti Muxtar Babayevə həvalə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA