Azərbaycanda əsgərləri dazıyan mazın qəzaya uğrayıb, 4 əsgər ölüb, 12-si yaralanıb(YENILƏNiB)

img

03-04-2010 [05:13]


Bu gün Azərbaycanın Lerik rayonu ərazisində içində 16 əsgər olan ?Qaz-66? markalı hərbi maşın aşaraq dərəyə yuvarlanıb. Hadisə təxminən saat 15.30 radələrində Lerikin Yeni Günəşlı kəndi ərazisindəki yüksək dağlıq ərazidə baş verib. İlkin məlumata görə, hadisə zamanı 4 əsgər ölüb, 12-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Lənkəran Şəhər Hərbi Prokurorluğundan və Lerik Rayon Prokurorluğundan ANS PRESS-ə faktı təsdiqləyiblər. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerində ilkin araşdırma aparırlar. Ölən və yaralananların adları dəqiqləşdirilir. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzaya uğrayan maşında Sərhəd Qoşunlarının hərbi xidmətdən təxris olunan əsgərləri olub. Lerikdə Sərhəd Qoşunlarının əsgərlərini aparan hərbi maşının qəzaya uğraması nəticəsində həlak olan hərbçilərin adları açıqlanıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən verilən məlumata görə, qəza nəticəsində 4 hərbi qulluqçu ? Sabunçu rayon Hərbi Komissarlığından xidmətə çağırılmış kiçik çavuş Xəlilov Samir Ağamehdi oğlu, Şəmkir rayon Hərbi Komissarlığından xidmətə çağırılmış kiçik çavuş Əhmədov Pərviz Rahid oğlu, Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış əsgər Fərəcov Elnur Qaçay oğlu və Beyləqan rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan əsgər Nəsirov Fuad Əmiraslan oğlu hadisə yerində vəfat edib. 5 hərbi qulluqçu isə xəsarət alıb, onlara zəruri tibbi yardım göstərilib. Hadisə ilə bağlı Hərbi prokurorluqla araşdırma aparılır. Maşında 18 hərbçi olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA