13-05-2016 [11:10]
Özünü "Yeni Ermənistan" Milli Qurtuluş Cəbhəsi Vahid Qərargahının lideri kimi təqdim edən Jirayr Səfilyan adlı erməni "hərbi ekspert”in aprelin əvvəlində erməni təxribatının nəticəsi olaraq baş vermiş döyüşlər barədə açıqlamasına hərbi icmalçı Ramil Məmmədli münasibət bildirib.
Ekspert bildirib ki, Jirayr Səfilyan adlı erməni "hərbi ekspert” hər gün bir-birinə zidd olan və özünün fikirlərini belə təkzib edən açıqlamalar verməklə mətbuatın gündəmində qalmağa çalışır:
"Niyə də etməsin. Çünki erməni təxribatına cavab olaraq Azərbaycan Ordusunun aprelin əvvəllərində həyata keçirdiyi əks-zərbə əməliyyatlarının erməni hərbi sisteminin iflasına səbəb olması və bu mövzuda açıqlamaların yayımlanması bu gün Yerevanda ən "modda” olan işdir. Məsələ o həddə çatıb ki, yalançı "patriotizm”, "qüdrətli arçax ordusu” və "qəhrəman erməni əsgəri mövzusunda” erməni jurnalistlər az qalırlar avtobus sürücülərindən və kommunal xidmət işçilərindən də açıqlamalar alsınlar. Ermənilər uğursuzluqlarını ört-basdır etmək üçün hər yola əl atırlar.
Amma erməni "hərbi ekspert” Səfilyanın açıqlaması daha çox diqqət çəkənlərdən biri oldu. Ona görə diqqət çəkir ki, bu adamın yazdıqlarını oxuyanda belə təsəvvür yaranır ki, onun nə münaqişədən, nə münaqişə gedən rayonlardan, nə də ermənilərin işğal elədiyi ərazilərdə baş verənlərdən cüzi belə anlayışı yoxdur.
Bir də ona görə ki, bu adamın riyazi anlayışı da sıfır səviyyədədir. O, özü yazdıqlarını oxusa belə yəqin təəccüblənəcək. Amma ermənilərin nə tip olduğunu bildiyimizdən erməni "hərbi ekspert” Səfilyanda nəsə müsbət bir keyfiyyət axtarmaq daha təəccüblü olardı. Lakin bir neçə məqamda Səfilyan haqlıdır - ermənilər bütün gücünü, arsenalını və insan ehtiyatlarını səfərbər etsələr belə onların məhv olması, iflasa uğraması qaçılmazdır. Başqa yolları yoxdur - yalnız Azərbaycan torpaqlarını tərk etmək və işğala son qoymaq.
Ermənilər bu aprel hadisələrini təhlil edərkən bircə şeyi başa düşmək istəmirlər ki, bu əməliyyatlarda məqsəd nə qədərsə də irəli getmək deyildi. Ordumuz qarşısına qoyulan tapşırığı uğurla yerinə yetirdi. Sadəcə ermənilərə göstərmək istəyirdik ki, oyanın, başa düşün, görün sizi nə gözləyir. Səfilyan açıqlamasında düz deyir ki, aprelin əvvəllərində Azərbaycanın atdığı bu addım başlanğıc idi.
Əgər Ermənistanın kriminal hərbi-siyasi rejimi həqiqətən az da olsa xalqını düşünürsə, nəticə çıxarmalıdır. Əks halda yenidən Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsi uğrunda döyüşə başlasa, onda nəticəsi ermənilər üçün acınacaqlı və ağlasığmayacaq dərəcədə sarsıdıcı olacaqdır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi