Gürcüstan və Türkiyənin müdafiə nazirləri Azərbaycana gəlir - Qəbələdə mühüm görüş olacaq

img

13-05-2016 [11:01]


Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin Qəbələdə görüşü planlaşdırılır.

Mia.az xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə mayın 14-də Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.

Səfər çərçivəsində Qəbələ şəhərində nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar nəzərdə tutulub.

Müdafiə nazirlərinin Qəbələ şəhərinə səfəri mayın 15-dək davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA