YAP-çı gənc komitə sədrinə müavin təyin edildi - SƏRƏNCAM

img

13-05-2016 [10:22]


Prezident İlham Əliyev yeni sərəncam imzalayıb. 

Mayın 12-də imzalanan sərəncama əsasən, Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) sədri, YAP Gənclər Birliyinin sədr müavini Ramin Ələmşah oğlu Məmmədov Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini təyin edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzNews.az-a məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, Ramin Məmmədov 2012-cü ildə ölkə başçısının sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA