İlham Əliyevin yeni təyin etdiyi idarə rəhbəri kimdir?

img

13-05-2016 [10:16]


Dünən Prezident İlham Əliyev Əsgər Əyyub oğlu Ələkbərovun Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Ə.Ələkbərov bu təyinata qədər "Qala Həyat" sığorta şirkəti ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb(Report).

Ə.Ələkbərov 13 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub.

1996-cı ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun İdarəetmə fakültəsini bitirib. 1994-1996-ci illərdə Azərbaycan Beynəlxalq Bankında beynəlxalq əlaqələr üzrə baş mütəxəssis vəzifəsində çalışıb.

1996-2002-ci illərdə "HSBC Bank Middle East" Bakı ofisində xəzinədarlığıın müdiri və əməliyyat şöbəsinin müdiri vəzifələrində çalışıb. 2002-ci ildə "LFS Financial Systems GmbH" şirkətində və Asiya İnkişaf Bankının Bakı ofisində məsləhətçi vəzifəsində çalışıb.

2003-2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyidə Milli Koordinasiya Bürosunun icraçı direktoru və Xarici İnvestisiyaların və Yardımların Əlaqələndirilməsi şöbəsinin müdiri vəzifələrində çalışıb. 2009-2010-cu illərdə "Merkuri Konsaltinq" şirkətində müdir müavini vəzifəsində işləyib. 2010-2012-ci illərdə "CİFAL GROUPE" şirkətinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.

2012-ci ildən "Qala Həyat" SŞ ASC-nin İdarə Heyətinin sədri vəzifəsində olub. 

Ailəlidir, bir qızı və bir oğlu var.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA