12-05-2016 [21:12]
Xeyli müddətdir cəmiyyətdə eləcə də, ekspertlərin arasında Qarabağa dair "Lavrov planı” müzakirə olunur. Planın cəmiyyətə məlum olan hissələrindən belə qənaətə gəlmək olar ki, erməni tərəfi işğal etdiyi 5 rayonu bizə qaytarır, Dağlıq Qarabağın statusu gələcəyə qalır, Ermənistanla bütün kommunikasiyalar bərpa olunur.
Cəmiyyətə sirayət edən bu tip şayiə xarakterli fikirlərlə bağlı Mia.az-a açıqlama verən "The Great Middle East” layihəsinin rəhbəri, politoloq Əli Hacızadə deyir ki, əvvəla, Rusiyanın təklif etdiyi plandan bizim xeyrimizə nəsə gözləmək, ən azı sadəlövhlükdür:
"Rusiyanın istəyi münaqişəni həll etmək deyil, hər iki tərəfə təsir imkanlarını əlində saxlamaq və imkan çərçivəsində onları genişləndirməkdir.
Mən heç istisna etmirəm ki, 5 rayonun müqabilində, bizdən Dağlıq Qarabağda rus "sülhməramlılarının” yerləşdirilməsini tələb edəcəklər, bunun ardınca isə Azərbaycanın Avrasiya İttifaqına və Kollektiv Təhlükəsizlik təşkilatına üzv olması tələb olunacaq. Əgər rus "sülhməramlılarının” Qarabağda yerləşdirilməsi bizim üçün Dağlıq Qarabağın itirilməsi deməkdirsə, ikinci və üçüncü addımlar iqtisadi və siyasi müstəqilliyin itirilməsi deməkdir. Zənn edirəm, bunu ağlı başında olan və millətini və vətənini müstəqil görmək istəyən hər kəs anlayır. Hamıdan yaxşı bunu, bizim dövlət başçımız anlayır, elə buna görədir ki, bu təkliflər çoxdan dolaşdığına baxmayaraq, o, buna razılıq verməyib".
Ekspert deyir ki, bu plana müsbət münasibət bəsləyənlər, yəqin ki, uzaq perspektivi və tarixi yaxşı bilmirlər:
"Onlar bilmirlər ki, Rusiya ilə birlikdə olmaq, işıqlı gələcəklə vidalaşıb, keçmişə yenidən salam demək, tarix çarxını tərsinə çevirmək deməkdir. Rusiyanın müttəfiqləri olmur, müstəmləkələri olur, bunu bilmək lazımdır. İstənilən millətin ən böyük nailiyyəti, öz müstəqil dövlətini qurmaqdır, yer kürəsində bir çox millət bundan məhrumdur. Hazır müstəqil ola-ola özünə "böyük qardaş”, əslində isə "ağa” axtarmaq nə deməkdir? Bu ideyaya müsbət baxanların, özündən irəli gələn zəiflik və acizliyindən doğan bir şeydir.
Biz 1992 – ci ildən müstəqil olsaq da bəzi adamlar öz beyinlərində hələ də müstəqil ola bilməyiblər. Xoşbəxtlikdən bu insanlar marginal olub, cəmiyyətin böyük hissəsini zəhərləyə bilməyiblər. Lakin, onlar tərəfdən, havadarlarının da maddi və mənəvi dəstəyi ilə müəyyən addımlar atılmaqdadır. Biz ayıq-sayıq olmalı, bizim milli maraqlarımıza uyğun olmayan fikir və təklifləri bütün səviyyələrdə rədd etməliyik!".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi