Prezident bu qanunlara dəyişiklik etdi - Siyahı

img

12-05-2016 [18:55]


Prezident İlham Əliyev bir sıra qanunlara dəyişiliklər edib. 

Mia.az xəbər verir ki, "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununu "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1395-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə aşağıdakı dəyişiklik qərara alınıb:

"Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 386; 2002, № 8, maddə 465; 2011, № 6, maddə 481; 2015, № 11, maddə 1290) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci maddəyə "olan” sözündən sonra "əcnəbi və ya vətəndaşlığı olmayan” sözləri əlavə edilsin.

2. 1.2-ci maddəyə "törətmiş” sözündən sonra "Azərbaycan Respublikasının ərazisində yaşayan, yaxud olan əcnəbi və ya vətəndaşlığı olmayan” sözləri əlavə edilsin.

*** 

Prezident bu gün "Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Təsdiq edilən qanuna əsasən, "Polis haqqında” Azərbaycan Respublikasının Qanununu "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1395-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə belə qərar verilib:

"Polis haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 611; 2001, № 11, maddə 699, № 12, maddə 731; 2002, № 3, maddə 118, № 6, maddə 328; 2003, № 1, maddə 22, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 3, maddə 133; 2006, № 2, maddələr 74, 75, № 11, maddə 927; 2007, № 8, maddə 756; 2008, № 4, maddə 251, № 7, maddə 602, № 8, maddə 696, № 10, maddə 883; 2009, № 6, maddələr 399, 401; 2010, № 2, maddə 74, № 3, maddə 171; 2014, № 2, maddə 87, № 11, maddə 1360; 2015, № 5, maddə 486, № 11, maddə 1277, № 12, maddə 1444; Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 85-VQD nömrəli, 2016-cı il 1 fevral tarixli 120-VQD nömrəli və 23 fevral tarixli 131-VQD nömrəli qanunları) 23-cü maddəsinin I hissəsinin 3-cü bəndində "əsaslarını” sözü "səbəbini, şübhənin mahiyyətini” sözləri ilə əvəz edilsin və həmin bəndə "hüquqlarını” sözündən sonra "ona aydın olan dildə” sözləri əlavə edilsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA