12-05-2016 [17:47]
Bu gün qoşunların təmas xəttində erməni silahlılarının hücumunu dəf edərkən şəhid olan pilot mayor Təbriz Musazadənin qırx mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-mayor Ramiz Tahirov, Türkiyə hərbi attaşeliyinin nümayəndəsi, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, ictimaiyyət nümayəndələri, şəhidin pilot yoldaşları, sadə vətəndaşlar iştirak ediblər.
Şəhidin atası Taryel Musazadə oğlu ilə fəxr etdiyini vurğulayıb: "Təbriz torpaq üçün canından keçdi. Biz onunla fəxr edirik”.
Şəhidin oğlu Onur Musazadə isə əməkdaşı ilə söhbətində atası ilə bağlı xatirələrini bölüşüb: "Mən atamla fəxr edirəm. Atamla bağlı ən yaddaqalan hadisə mənə "Gülümsərov” deməsidir. Mən küsəyən olduğumdan atam məni elə çağırırdı...
Mən balaca olanda dənizdə çimərkən boğulurdum, atam məni xilas etdi. Onunla tez-tez futbol oynayardıq, həmişə də mən ona qalib gələrdim. Atam üçün çox darıxıram. Mən bir dəfə atamdan soruşdum ki, böyüyəndə nə olum? O, heç nə demədi. Mən də dedim ki, sənin kimi pilot olacam. O razılaşdı. Mən böyüyəndə atam kimi pilot olacam”.
Şəhidin kursant yoldaşı, Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin üzvü İslam Əzimov T.Musazadədə vətənpərvərlik hissinin həddən artıq yüksək olduğunu vurğulayıb: "Çox yüksək keyfiyyətlərə malik idi. Millətinə, xalqına bağlı vətəndaş idi. Mən də onun yüksəldiyi zirvəyə yüksəlməyi arzu edərdim. Təbrizlə çox keşməkeşli xidmətimiz olub. O, savadlı kadr idi. Təbriz bəlkə də bundan sonra Vətənə daha çox xeyir verə bilərdi, təbii ki, Allahın qisməti belədir".
Təbriz Musazadənin digər kursant yoldaşı Mehdi Əsədullayev deyib ki, o, adına layiq ölümlə dünyasını dəyişdi:"Təbriz Vətəninə, millətinə çox bağlı idi, biz hamımız onu özümüzə örnək görürdük. Mən fəxr edirəm ki, onunla dost, qardaş olmuşam. Mən də keçmiş zabit kimi, son damla qanıma qədər vuruşmağa hazıram. Onların qanı yerdə qalmayacaq”.
Şəhidin əmisi Vaqif Musazadənin sözlərinə görə, Təbriz Musazadə öz sahəsində yüksəlmək üçün həmişə əlindən gələni edib:"Şəhidlik isə onun işinin zirvəsi idi, o bu zirvəyə də ucaldı. Fəxr edirəm ki, Təbriz torpaqlarımızın azadlığı uğrunda şəhid oldu. Allah bütün şəhidlərimizə və mənim qardaşımın balasına rəhmət eləsin. Şəhidlər unudulmur, onlar həmişə bizim qəlbimizdə yaşayacaqlar. Artıq 40 gündür ki, Təbriz aramızda yoxdur, onun yoxluğunu hamımız hiss edirik”.
Qeyd edək ki, şəhid Təbriz Musazadənin iki oğlu var.


Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi