12-05-2016 [17:32]
"Ermənistan nümayəndə heyətinə ciddi xəbərdarlıq olunub ki, hər hansı şəkildə qaydalara riayət olunmazsa, təxribat xarakterli hərəkətlərə yol verilərsə, onlar bu ilki, yaxud növbəti ilin yarışmasından kənarlaşdırılacaqlar. Bizə Avropa Yayımçıları Birliyinin baş direktoru İnqrid Deltenrenin imzası ilə məktub gəlib. İyun ayını gözləyirik ki, görək, iclasda Ermənistana qarşı hansı tədbirlər görüləcək”.
Bunu İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) rəhbəri Cəmil Quliyev deyib.
İTV direktoru qeyd edib ki, rəhbərlik etdiyi qurumun adından Avropa Yayımçıları Birliyinə Ermənistanın bayraq təxribatı ilə bağlı göndərdiyi etiraz məktubu paralel olaraq 40-a yaxın ölkənin ictimai televiziya və radiosunun rəhbərlərinə də ünvanlanıb: "Məktubun surəti televiziya sahəsində çalışan müxtəlif beynəlxalq təşkilatlara da göndərilib. Bu və başqa addımların nəticəsində dünən Avropa Yayımçıları Birliyindən cavab gəldi. Məktubda Ermənistan təmsilçisinin təxribat xarakteri daşıyan hərəkəti pislənilib, bizim nəzərimizə çatdırılıb ki, nəzarət komissiyasının iyun ayında keçiriləcək iclasında bu məsələyə baxılacaq və Ermənistana qarşı cəza tədbirləri görüləcək. Bununla yanaşı məktubda qeyd olunur ki, Ermənistan "Eurovision” Mahnı Müsabiqəsinin əsasnaməsinin 1.2.2 bəndini pozub. Bu da mahnı müsabiqəsinin qaydalarına ziddir. Avropa Yayımçıları Birliyi və müsabiqənin rəhbərliyi tez bir zamanda məktuba reaksiya verdilər. Çünki Ermənistanın etdiyi təxribat "Eurovision”un əsasnaməsinə ziddir. Eyni zamanda bunun ətrafında böyük ictimai rəy də yarandı. Bir çox ictimai televiziyalar bu hərəkəti pislədilər”.
C. Quliyev əlavə edib ki, Ermənistan nümayəndə heyətinə xəbərdarlıq olunub: "Əgər Ermənistan nümayəndə heyəti ümid edirsə ki, müsabiqə başa çatandan sonra onlar yenidən təxribata yol verə bilərlər, bu, baş tutmayacaq. Belə olan təqdirdə ciddi şəkildə cəzalanacaqlar”.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi