12-05-2016 [15:28]
"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində dəyişikliyin vaxtıdır".
Bu sözləri tanınmış amerikalı politoloq, Qlobal Təhlükəsizlik Analizi İnstitutunun Energetika, təbii resurslar və geosiyasət mərkəzinin direktoru Ariel Koen deyib.
O bildirib ki, Minsk prosesi hələ ki heç bir nəticə vermir: "Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması və müharibə təhlükəsinin yeni səviyyəyə çatması heç də təəccüblü deyil. Rusiya yüz ildən artıqdır ənənəvi olaraq Ermənistanı dəstəkləyir. Türkiyəyə qarşı irsi düşmənçilik geri qayıdıb və bu, Rusiyanı Cənubi Qafqazı militaristləşdirməyə sövq edir. Biz uzun müddət daha çox gərginlik və Azərbaycan və Türkiyəyə qarşı təzyiq müşahidə edəcəyik”.
A. Koen Ermənistan Qarabağ münaqişəsindən ciddi zərər gördüyünü söyləyib. O qeyd edib ki, Ermənistanın 1 milyondan çox əhalisi ölkəni tərk edib, ölkədə yaşayış səviyyəsi minimuma enib:
"Ermənistan vacib investisiya və iqtisadi imkanları əldən buraxıb, öz demokratiyasını təhdid altına salıb. Onun elitası biznesə köklənməyib”.
Nüfuzlu politoloqun sözlərinə görə, BMT qətnamələrinin də tələb etdiyi kimi, ermənilər sülh prosesi və nizamlanması çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmalı və Cənubi Qafqazda sülh bərqərar olmalıdır. O əlavə edib ki, Ermənistan tərəfindən Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması sülhə aparmayacaq və bu, səhv yoldur.
Karnegi Beynəlxalq Sülh Fondunun analitiki, Qafqaz üzrə ekspert-yazar Tomas de Vaal isə açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət son dərəcə dəyişkəndir: "Bu qədər insan itkisinin olduğu və emosiyaların yüksəldiyi bir zamanda tam atəşkəsə qayıtmağı gözləmək çox çətindir. Ərazidə beynəlxalq müşahidə yoxdur və hər iki tərəfdən ağır texnikandan istifadə olunur. Bu, o mənanı verir ki, siyasi proses yenidən işə düşməsə, hər iki tərəfdən gənc insanlar ölməyə davam edəcək”.
Tomas de Vaal son bir neçə ay ərzində Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən irəli sürülən və digər həmsədr ölkələr olan Fransa və ABŞ-la razılaşdırılmış "mərhələli” həll planının gündəmə gəldiyini deyib: "Lakin fikrimcə, bunu demək çox vacibdir ki, Rusiya birtərəfli şəkildə münaqişə tərəflərini sülh razılaşmasına məcbur edə bilməz, çünki onların bunu pozmaq üçün çoxlu yolları var. Demək olar ki, münaqişənin həlli üçün bütün ideyalar təklif edilib və biz göydəndüşmə nəyinsə olacağını gözləyə bilmərik”.
Ekspert Ermənistanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımasının çox təhlükəli addım ola biləcəyini vurğulayıb: "Bu, Minsk prosesini öldürər. Ümid edirəm ki, bu məsələ real təhlükədən çox, təzyiq göstərmək cəhdidir”.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi