Tərtərdə döyüş başlayıb? - Rəsmi açıqlama

img

12-05-2016 [13:08]


Cəbhənin Tərtər istiqamətində döyüş əməliyyatlarının başladığına və Azərbaycan Ordusunun düşmən mövqelərini darmadağın etdiyinə dair sosial şəbəkələrdə məlumatlar yayılıb. 
 Bununla bağlı Milli.Az-ın sorğusunu cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib: "Hazırda Tərtər istiqamətində sakitlikdir. Ümumiyyətlə, bütün cəbhə xətti boyu nisbi sakitlikdir. Ola bilər ki, cəbhəyanı ərazilərdə haradasa Silahlı Qüvvələrin bölmələrinin atış təlimləri keçirilir deyə, bəziləri gurultu səslərindən bunu cəbhədə döyüş əməliyyatlarının başlaması kimi başa düşürlər. Amma həqiqətən də hələlik heç bir döyüş əməliyyatı keçirilmir. Silahlı Qüvvələrimiz bütün cəbhə xətti boyu vəziyyətə tam nəzarət edir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA