İlham Əliyevlə Sarkisyan görüşə bilər - Vaxt bəlli oldu - Yenilənib

img

12-05-2016 [12:21]


ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan prezidentlərinə görüşməyə çağırır.

Bu barədə ATƏT-in bəyanatında bildirilir. Görüşün növbəti həftə Vyanada keçirilməsi təklif edilir.

Görüş təklifi ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryu (Fransa) tərəfindən edilib.

"Cəbhə xəttində bu yaxınlarda baş verən zorakılığı və münaqişə bölgəsində gərginliyin təcili azalmasının ehtiyacı nəzərə alaraq biz hesab edirik ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün vaxtı çatıb. Bizim xarici işlər nazirlərimiz Vyanada bu görüşü təşkil etməyə hazırdır".

Serj Sarkisyanın və İlham Əliyevin Vyanada keçirilməsi təklif edilən görüşü aprelin əvvəlində cəbhə xəttində baş verən gərginliklərdən sonrakı dövrə təsadüf edir. Bu görüş 2016-cı ildə prezidentlərin ilk görüşü ola bilər.

Cəbhədə baş verən döyüşlərdən sonra ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andrie Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində çalışdıqlarını demişdi.

Prezidentlərin son görüşü ötən ilin sonunda baş tutub. İham Əliyev və Serj Sarkisyanın son görüşü dekabrın 19-da İsveçrənin Bern şəhərində olub.

Görüş ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə təşkil olunmuşdu. Yekununa dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda bildirilir ki, prezidentlər nizamlama danışıqlaranının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərinini davam etdirəcəklərini də bildiriblər.

Prezidentlər dekabr ayında cəbhə xəttində gərginliyin artmasını müzakirə ediblər və ağır texnikanın işlədilməsi ilə qurbanların, xüsusilə də mülki şəxslər arasında qurbanların olması barədə narahatlıq bildiriblər.

Mart ayının sonunda ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində Azərbaycan və Ermənistan prezidentlərinin görüşə biləcəyi deyilsə də, bu baş tutmadı(Anspress.com).

**** 

Azərbaycan və Ermənistan prezidentləri – İlham Əliyev və Serj Sarkisyan mayın 16-ı Avstriyanın paytaxtı Vyanada görüşə bilər.

Bunu "İnterfax” agentliyinə İrəvanda olan diplomatik mənbə bildirib. "Prezidentlərin görüşünün mayın 16-ı Vyanada keçirilə bilər”, - deyə agentliyin mənbəsi bildirib.
Qeyd edək ki, `TASS` agentliyinin yaydığı məlumata görə, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan gələn həftə Avstriyanın paytaxtı Vyanada görüşəcək. "Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək”, - deyə mənbə vurğulayıb.

Görüşün əsas müzakirə mövsuzu Qarabağ münaişəsinin həlli olacaq.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryu bu gün yaydıqları birgə bəyanatda prezidentlərin görüşməsinin vaxtının çatdığını bildiriblər.

"Təmas xəttində bir müddət əvvəl müşahidə olunan zorakılığı və gərginliyin azaldılmasının zəruriliyini nəzərə alaraq hesab edirik ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı çatıb.Cəbhə xəttində zorakılığın davam etdiyi bir vaxtda danışıqlar prosesində heç bir uğur əldə oluna bilməz və danışıqlar olmadan sülhə nail olmaq bilməz. Biz bir daha bildiririk ki, münaqişənin hərbi yolla həlli yoxdur”, - deyə bəyanatda qeyd
edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA