12-05-2016 [12:18]
Polis əməkdaşı və onun qohumları təərfindən ölümcül döyülən Kürdəmir rayon sakini Priyev Qılman Qanur oğlunun vəkili Bəhruz Bayramov Baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edib.
O bildirib ki, cinayət hadisəsində iştirak edən 4 nəfərdən yalnız bir nəfəri məsuliyyətə cəlb edilib.
Vəkil hüquq mühafizə orqanlarına etdiyi müraciətdə Qılman Priyevin pozulmuş hüququnu bərpa olunmasını, Cinayət Məcəlləsinin 126.2.4-cü və 186-cı maddələri ilə cinayət işinin başlanılmasını xahiş edib.
Müraciətdə bildirilir ki, 31.03.2016-ci il tarixdə, gecə saatlarında Kürdəmir rayon Polis Şöbəsində işləyən polis-serjantı Asif Fərəcov və onun qohumları tərəfindən Q.Priyev vəhşicəsində döyülüb: "Qılman qonşusu A.Fərəcova iki həyət sahəsi arasında hasar çəkmək istəyini bildirib. Bu işin köməkli görülməsini təklif edib. Bunu dedikdən sonra Qılman axşam saatlarında namaz qılmaq üçün məscidə gedib. Polis əməkdaşı qohumları Kərim Kərimov, Elbrus Kərimov və Müslüm Kərimovla birlikdə məscidə gəliblər. Asif Fərəcov idarə etdiyi avtomobilini məscidin qarşında dayanan Qılmanın avtomobilinin qarşısında saxlayıb və ona zəng edib küçəyə çağırıblar. Burdahəmin şəxslər qəsdlə Qılmanın sağlamlığına ağır zərər vurublar. Yumuruq-təpiklə yanaşı onu dəmir parçası ilə də döyüblər. Bu dediklərimi məscidin həyətində olan video müşahidə kamerasının görüntüləri sübut edir”.
Bəhruz Bayramov deyir ki, Asif Fərəcov və qohumları Qılman Priyevi huşsuz vəziyyətdə qoyub hadisə yerindən uzaqlaşıblar: "Bundan öncə isə qəsdlə onun əmlakına, yəni avtomobilinə dəmir parçası ilə zərbələr endirib yararsız hala salıblar”.
Vəkil bildirir ki, zərərçəkən şəxs başından, ayağından və qollarından ağır zərbələr alıb: "Döyüldüyü gündən yataq xəstəsi olan Qılmanın ayağı beş, əli 4 yerdən sındırılıb. Əli ola bilsin kəsilsin. Kəllə-beyin travması alıb, daxili orqanları zədələnib. Müstəntiq Ramidin sözlərinə görə, tibbi ekspertiza rəy verib ki, guya ancaq qolundan zədələnib. Əslində heç bir ekspertizadan keçirilməyib, saxta rəy alnıb. Müstəntiq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə (Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) cinayət işi açıb. Dörd nəfərdən yalnız bir nəfəri cinayət məsuliyyətinə cəlb edib. Bu maddə ilə təqsirləndirlən şəxs iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
B.Bayramovun sözlərinə görə, onun Baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət etməklə tələbi odur ki, dörd nəfər tərəfindən təhlükəli üsülla Qılman Priyevin sağlamlığına ağır zərər vurulduğu üçün Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) cinayət işi açılsın. Həmçinin, hüquqlarının müdafiə etdiyi şəxsin əmlakına qəsdən zədə vurulduğu üçün cinayət işinə Cinayət Məcəlləsini 186-cı maddəsinin əlavə edilməlidir.
Vəkilin sözlərinə görə, bir müddət xəstəxanada yatdıqdan sonra zərərçəkən Qılman Priyev hazırda evdə müalicə alır.
Vəkilin müraciəti əsasında Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa göndərdiyimiz sorğuya cavab verilməyib. Hər iki qurumun, eləcədə hadisədə ittiham olunan şəxslərin olayla bağlı mövqeyini dərc etməyə çalışacağıq. (bizimyol.info)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi