12-05-2016 [11:49]
"Mayın 7-də xəbər yayıldı ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gündən sonra Azərbaycana səfər edəcək. Daha sonra xəbər yayıldı ki, Putin mayın sonunda Azərbaycana səfər edəcək. Hiss olunur ki, bu xəbərlər Rusiyanın hakimiyyət kanallarından yayılır. Görünür, Kreml bu yolla Azərbaycan hakimiyyətinin bu səfərə münasibətini öyrənmək istəyir. Çünki, rəsmi Bakı Putinin Azərbaycana səfərinin detalları barədə məlumatlı deyil".
Mia.az xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O, mayın 8-də Vladimir Putinin bir çox dövlət başısına təbrik məktubu göndərməsini da xatırladaraq, qeyd edib ki, həmin məktublarda Putin İkinci Dünya müharibəsindəki qələbənin 71-ci ildönümü münasibətilə həmkarlarını təbrik edib:
"Putin belə bir təbrik məktubunu Azərbaycan prezidenti İlham Əliyevə də göndərdi. Məktubda belə bir cümlə var idi: "İndiki nəsillərin borcu bu dəhşətli müharibədə həlak olanların parlaq xatirəsini qayğı ilə qoruyub saxlamaq və keçmişin faciəli hadisələrinin təkrarlanmasına yol verməməkdir”. Cümlənin sonuncu hissəsi ilə Putin sanki rəsmi Bakıya mesaj göndərir ki, Azərbaycan Dağlıq Qarabağın azad olunması məqsədilə müharibəyə başlamasın, çünki nəticədə hər iki tərəfdən böyük itkilər ola bilər".
Bəs, Putin Bakıya hansı təkliflə gəlir?
Ekspert Rusiya prezidentinin Azərbaycana səfəri ilə bağlı iki ehtimalı irəli sürüb:
"Birinci versiya bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişənin həlliyla bağlı Putinin planının ümumi konturları hazırdır və o bu planın detalları ilə azərbaycanlı həmkarını tanış etmək istəyir. Aydındır ki, Putin bu planını erməni həmkarına da təqdim etməlidir. Ona görə də plan müzakirə olunduğu müddətdə Putin hər iki tərəfdən atəşkəsə riayət etməyə çağıracaq. Görünür, Putin də hiss edir ki, yaxın aylarda bölgədə böyük müharibə başlaya bilər. Rusiya prezidenti isə Cənubi Qafqazda başlana biləcək müharibədən ehtiyat edir, Suriya və Ukraynada məsələlər bitməmiş cənub istiqamətində də enerjisi itkisindən qorxur. Çünki Qərb Rusiyanı zəiflətmək üçün müxtəlif yollar axtarır. Rusiya Cənubi Qafqazda başlanacaq müharibədə Ermənistanı müdafiə etsə və hərbi toqquşmalara müdaxilə etsə, Azərbaycanla münasibətlərini gərginləşdirməklə yanaşı Qərb və İslam dünyası ilə münasibətlərini gərginləşdirəcək.
İkinci versiya isə bundan ibarətdir ki, Putin keçmiş prezident Dmitri Medvedyevin Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı 2011-ci ildə hazırladığı "Kazan prinsiplərini” yenidən rəsmi Bakıya qəbul etdirməyə çalışacaq. Putin bunula bərabər Bakıda xarici işlər naziri Sergey Lavrovun "atəşkəsə riayət olunmalıdır”, "insidentlər araşdırılmalıdır” kimi fikirlərini təkrarlaya bilər. Hazırki vəziyyətdə statusun müəyyənləşməsini nəzərdə tutan "Kazan prinsipləri” Azərbaycanın maraqlarına uyğun deyil. Putinin hazırladığı başqa planın da Azərbaycanın maraqlarına uyğun olacağını vurğulamaq problematikdir".
Müsahib bildirir ki, Azərbaycanın hakim dairələri və cəmiyyətinin Rusiyaya inamı azdır:
"Kremlin Ermənistan hakimiyyətinə təsir edib ilkin şərt irəli sürmədən Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağına inam yoxdur. Ona görə də Putinin Azərbaycan və Ermənistana səfərinin ciddi effekti olmayacaq. Kreml, sadəcə müharibənin başlanmasını əngəlləmək üçün vaxt qazanmaq istəyir".
Mia.azƏli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi