11-05-2016 [17:11]
"Eurovision" mahnı müsabiqəsində Ermənistanı cəzalandırmaq üçün petisiya hazırlanıb.
Petisiya Avropa Yayım İttifaqı, "Eurovision" mahnı müsabiqəsi, Avropa Yayımları Birliyinin prezidenti Jan Pol Filippo, "Eurovision" Məşvərət Qrupunun sədri doktor Frank-Dieter Freiling, Avropa Yayım İttifaqı nümayəndəsi Jon Ola Sanda ünvanlanıb. Azərbaycanlılar tərəfindən hazırlanan petisiyada deyilir: "Əgər tədbir görülməzsə, yarışın nüfuzu aşağı düşəcək".
"Hörmətli "Eurovision" təşkilatçılarından olan Jan Pol Filippo, "Eurovision" mahnı müsabiqəsi müxtəlif mədəniyyətləri təmsil edən xalqların bir araya gəldiyi səhnədir. Ona görə də onlar öz ölkələrini mahnı ifa edərək təmsil edirlər.
"Eurovision" həmişə sülh və həmrəyliyə tərənnüm, nifrəti isə rədd edən müsabiqə kimi tanınıb. Amma bu gün yarışmanın bu imici sual altındadır. Çünki ötən gün Stokholmda Ermənistan nümayəndəsi öz siyasi planları üçün özlərinə sərf edən səhnə ilə yadda qalıb. Belə ki, onlar qondarma Dağlıq Qarabağ bayrağını dalğalandırıblar. Bu ərazi hamı tərəfindən Azərbaycanın bir hissəsi kimi tanınır. Ermənistan bu hərəkəti ilə nəinki "Eurovision" müsabiqəsinin beynəlxalq norma və prinsiplərinə məhəl qoymayıb, ona hörmətsizlik edib, o, eyni zamanda bu müsabiqəni siyasi cəhətdən neytral məkan kimi nüfuzdan salıb. Hörmətli Jan Pol Filippo, müsabiqənin şərtlərinə görə, sizin Ermənistanı diskvalifikasiya etmək hüququnuz var.
Bunu aşağıdakı qaydalardan da aydın görmək olar:
"Eurovision" mahnı müsabiqəsi zamanı nə mahnının sözlərində, nə çıxışda siyasi və buna bənzər hallara icazə verilmir. Bundan başqa, siyasi xidmət göstərən heç bir müəssisə, təşkilat, məhsulun da bu yarışa daxil olmasına icazə yoxdur.
Bu qaydanın pozulmasına görə cəza tətbiq olunmalıdır. Əgər siz bu siyasətlə məşğul olanlara qarşı bu cəriməni bu gün tətbiq etməsəniz, onda sabah daha böyük problemlərlə üz-üzə qalacaqsınız. "Eurovision" mahnı müsabiqəsində siyasi səhnələrin olması onu televiziya tamaşaçıların gözündən sala, ümumiyyətlə, onun nüfuzuna zərər vura bilər. Biz qəti əminik ki, siz düzgün qərar verəcəksiniz. "Eurovision"un norma və qaydalarının pozulmasına və yarışın şöhrətinə zərər vurduğuna görə, erməni nümayəndələrindən ciddi ölçü götürüləcək".
Ötən gün Stokholmda keçirilən "Eurovision" - 2016 mahnı müsabiqəsində Ermənistan təxribata əl atıb. Müsabiqədə iştirak edən erməni nümayəndə heyəti müsabiqə keçirilən zalda separatçı Dağlıq Qarabağ Respublikasının (DQR) bayrağını dalğalandırıb.
Stokholmda keçirilən müsabiqənin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyan qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağını yarışmanın keçirdiyi məkana gətirərək Avropa Yayımları Birliyinin qaydalarını pozub.
Hadisə ilə bağlı müsabiqənin prodüseri Sven Stojanoviç jurnalistlərə bildirib ki, erməni ifaçının bu bayrağı zala gətirməsi qanunsuzdur və məsələ ilə bağlı Avropa Yayımları Birliyi araşdırma aparacaq.
Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyan separatçı rejimin bayrağını nümayiş etdirib!
Aprelin 29-da Avropa Yayımçılar İttifaqı müsabiqənin yarımfinal və finalının keçiriləcəyi zallara gətirilməsi qadağan olunan bayraqların siyahısını açıqlamışdı.
Siyahıda İspaniyada baskların yaşadığı bölgə, Kosovo, Krım, Fələstin və qondarma Dağlıq Qarabağ Respublikasının bayraqları yer almışdı.
ANS
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi