Prezident daha 3 qəhrəman şəhidi də təltif etdi - SİYAHI

img

11-05-2016 [15:31]


2-5 aprel tarixlərində cəbhə xəttində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan pilotlarımızın üçü də təltif edilib.

Belə ki, şəhid pilotlarımız mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş-leytenant Əbubəkir İsmayılov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Azərbaycan Bayrağı” ordeninə layiq görülüblər(Azvision). 

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə hərbçilərin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq görülüb, orden və medallarla təltif olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA