11-05-2016 [14:43]
"Ordumuzun aprel döyüşlərində əldə etdiyi uğurları yüksək qiymətləndirirəm. Ordumuzla bağlı fikirlərim çox müsbətdir. Aprel döyüşlərində ordumuzun, silahlı qüvvələrimizin düşmən üzərində qələbəsi yuxarı komandanlığın ordunu düzgün idarə etməsi ilə əlaqədar olub. Bu da öz müsbət nəticəsini verdi”.
Mia.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Eldar Sabiroğlu deyib.
Eldar Sabiroğlu keçmiş müdafiə naziri Səfər Əbiyevlə əlaqələrindən də söz açıb: "Səfər Əbiyevlə münasibətlərimiz çox normaldır. Bu gün də əlaqə saxlayırıq. Üzülüşməmişik. Bəzilərinin belə fikirləri var ki, "bu, Səfər Əbiyevlə bir yerdədi. Hər ikisi nələrdənsə söhbət aparır” və sairə. Belə söz-söhbətləri eşidirəm. Bunlar gülünc məsələlərdir”.
Eldar Sabiroğlu Səfər Əbiyevin aprel döyüşlərində Azərbaycan ordusunun bir neçə yüksəkliyi əldə etməsinə münasibəti barədə də danışıb:
"Aprelin əvvəllərində cəbhədə baş verənlərlə bağlı Səfər Əbiyevlə söhbətimiz oldu. Söhbət zamanı o, aprel döyüşlərini çox yüksək qiymətləndirdi və qələbəyə, hər bir əsgərin uğuruna sevindi.
Hələ də şübhə var ki, ordumuzun uğurlarına Səfər Əbiyev tərəfindən qeyri-münasibət göstərilir?! Bunu heç cür başa düşə bilmirəm. Səfər Əbiyev həyat yolu keçmiş adamdır. Adi əsgərdən diviziya komandirliyinə qədər yüksəlib. O, ordunun nə demək olduğunu və necə idarə edilməsini çox gözəl bilir.
Aprel döyüşlərində torpaq uğrunda şəhid olan zabitlərin, xüsusi təyinatlıların əksəriyyəti Səfər Əbiyevin dövründə yetişmiş hərbi kadrlardır. Onlar birdən-birə meydana çıxmayıblar. Həmçinin, indiki Müdafiə Nazirliyinin rəhbərliyinin fəaliyyəti barədə də qəti şəkildə mənfi rəyim yoxdur”.
Eldar Sabiroğlu "bəs Səfər Əbiyev indiki müdafiə naziri Zakir Həsənovun işini, orduya münasibətini necə qiymətləndirir” sualını isə belə cavablandırıb: "Səfər Əbiyevlə Zakir Həsənov barədə söhbətimiz olmayıb. Yaxşı olar ki, bu sualı Səfər Əbiyevin özünə ünvanlayasınız”.
Eldar Sabiroğlu sabiq müstənqtiq olan oğlu Rüfət Səfərovla bağlı da danışıb: "Oğlum Rüfətin seçmiş olduğu mövqeyi heç zaman dəstəkləməmişəm. Kimlər belə düşünürsə, səhv edir. Heç zaman mövqeyimdən çəkinməmişəm. Oğlumun atmış olduğu addımı mənfi qarşılamışam. Bu gün də həmin fikirdəyəm. Ata-oğul münasibətlərimiz isə çox yaxşıdır. Sadəcə, siyasi məsələlərdə, siyasi düşüncələrdə mövqelərimiz üst-üstə düşmür”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi