Azad edilmiş ərazilərdə erməni əsgərlərin şəraitini əks etdirən - FOTOLAR

img

11-05-2016 [14:39]


Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təqdim olunan foto materiallarda azad edilmiş ərazilərdə erməni əsgərlərinin 22 il ərzində "yaşayışı üçün" yaradılmış şərait əks olunub. 

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tərifi "göylərə sığmayan Ermənistan ordusunun" necə acınacaqlı vəziyyətdə xidmət etdiklərini bu fotolardan açıq-aydın müşahidə etmək olur. Fərq müqayisə zamanı daha aydın görünür:

"Təqdim edilən materiallardan da göründüyü kimi aclıq, səfalət, qeyri-insani sosial şəraitdə yaşayan Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisəyə gəlməyəcək dərəcədədir.

Digər fotolarda isə aprel ayının əvvəlində erməni işğalından azad edilmiş həmin mövqelərdə qısa müddət ərzində hərbi qulluqçularımız üçün yaradılmış şərait təqdim edilir".

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən bütün mövqelərində şəxsi heyət üçün bu cür şərait yaradılıb.


Azərbaycan Silahlı Qüvvələrinin əsgər yataqxanaları:



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA