11-05-2016 [14:04]
"Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyanın "Ermənistanın nüvə silahı var” ifadəsi Ermənistanı çətin duruma salıb".
Mia.az xəbər verir ki, bu sözləri ekspert Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, rəsmi İrəvan hər yerdə izah etməlidir ki, onun nüvə silahı yoxdur, əks halda Ermənistan beynəlxalq aləmdə problemlərlə üzləşəcək: "Ermənistan o dövlətlərdən deyil ki, nüvə silahı olsun. Ancaq Ermənistan uran əldə edib "çirkli bomba” hazırlaya bilər. "Çirkli bomba”nın hazırlanması çətin proses deyil. Terrorçular da belə bombaya maraq göstərirlər. İndinin özündə Ermənistan ordusu Tərtər və Ağdam rayonlarının bombardmanları zamanı qadağan olunmuş "kimyəvi tozlardan – fosfordan” istifadə edir. Ermənistanın "çirkli bomba”ya maraq göstərməsi Qərb dövlətlərini ciddi narahat etməlidir. Təsadüfi deyil ki, Avropa İttifaqı Ermənistanın nüvə silahına malik olması barədə bəyanatları araşdıracaq”.
Ekspert bildirir ki, Vaşinqton Qrant Baqratyanın nüvə silahı ilə bağlı açıqlamasından narahat olub: "ABŞ-ın nüfuzlu qəzetləri bu mövzu haqqında məqalələr həsr ediblər. Ermənistanın "çirkli bombaya” maraq göstərməsini həm də bir müddət öncə ermənilərin Gürcüstanla sərhəddən radiasiya komponentli maddələri keçirməyə çalışmaları göstərir. ABŞ-dakı erməni lobbisi uzun onilliklər ermənilərin təzyiq altında olması barədə doğru olmayan rəy formalaşdırıb, Qərb ölkələrinin siyasi mərkəzlərindən müəyyən dəstək qazanıb, indi isə bir erməni deputatın "nüvə silahımız var” deməklə lobbinin "bu əməyinin” üstündən xətt çəkdi”.
E.Şahinoğlunun sözlərinə görə, Qrant Baqratyanın "nüvə silahıyla Azərbaycanı və Türkiyəni durdurmalıyıq” ifadəsi həm də o deməkdir ki, Ermənistan Azərbaycanla müharibədən çəkinir: "Aprel döyüşlərinin təkrarlanmasından – məğlub olmaqdan qorxur, ona görə də nüvə silahı təhdidi ilə özünü "sığortalamaq” istəyir ki, Azərbaycan Dağlıq Qarabağ üzərindəki nəzarəti ələ keçirməyə çalışmasın. Ancaq Ermənistandakı mərkəzlər anlamırlar ki, İrəvanın hətta hipotetik olaraq nüvə silah olsa belə, Azərbaycan Dağlıq Qarabağa nəzarət uğrunda mübarizədən əl çəkməyəcək. Digər tərəfdən Ermənistanın nüvə silahı haqqında məlumat sirr qala bilməzdi və belə bir məlumat həqiqətə yaxın olsaydı, Azərbaycanın nüvə silahı Ermənistandan daha öncə yaradılardı.
Bildiyiniz kimi, Hindistan bir gün nüvə sınağı keçirtdi və bütün dünyaya bəyan etdi ki, nüvə silahı var, üstündən 24 saat keçməmiş Hindistanla münasibətlərində problemi olan Pakistan da nüvə sınağı keçirtdi və o da nüvə silahına malik olduğunu açıqladı. Pakistan bu addımı ilə hərbi üstünlüyün rəqib dövlətin tərəfinə keçməsinə imkan vermədi və hər iki dövlətin kəşfiyyatı, o cümlədən alimləri bilirdi ki, qarşı tərəf hansı işlə məşğuldur”.
Politoloqun fikrincə, bir gün Ermənistanda böyük və ya kiçik həcmli nüvə silahı və ya radiasiya komponentli "çirkli bomba” peyda olarsa, eyni və bəlkə də daha modern nüvə silahına Azərbaycan sahib olmaq məcburiyyətində qalacaq: "Bəlkə də rəsmi Bakı bu haqda indidən düşünməlidir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi