11-05-2016 [13:36]
Zərdab rayon Pərvanlı kənd sakini Güləhməd Rüstəmov sözügedən rayonun polis şöbəsinin rəhbərliyinin təzyiqi nəticəsində sahibkarlıq fəaliyyətini dondurub.
Bu barədə AzNews.az-a sahibkarın özü məlumat verib.
Bildirib ki, Zərdab rayon Polis şöbəsinin əməkdaşları ona sahibkar kimi fəaliyyətini davam etdirməyə imkan vermir: "Bu işlərin başında Polis şöbəsinin rəis müavini Fəxrəddin Hacıyev dayanır. O, bizim rayona 4 aya yaxındır ki, təyin olunub. O gündən bu günə sahibkarlara işləməyə imkan vermir. Bir müddət öncə bütün obyektlərimi bağladım. 80 nəfər işçimi yığıb iclas çağırdım. Onlara obyektlərimin bağlamaq səbəbini açıqladım. Onun tələbinin ucbatından 80 nəfər işçim bir aya yaxın işsiz qaldı”.
G.Rüstəmov qeyd edib ki, ondan obyektlərini işlətmək üçü 20 min manat rüşvət tələb edir: "Deyirlər, rayonda dövlət əhəmiyyətli nəsə tikilir və guya, bütün sahibkarlarından 15- 20 min arasında pul yığılacaq. Məndən də 20 min manat istədilər. İmkan yoxdur deyəndə, qoluma qandal vurub polisə apardılar. Hələ o gündən qandalın izi qolumdadır. Gücüm çatmır, həmin məbləği verə bilmirəm. Bu üzdən də obyektlərimi bağladım”.
Sahibkar məsələ ilə bağlı ölkə başçısına teleqrama vurduğunu və Baş Prokurorla şəxsən görüşdüyünü deyib: "Prezidentin sahibkarlarla bağlı qərarı var. Bütün nazirliklərə, hüquq-mühafizə orqanlarına teleqrama vurmuşam. Olanları həmin teleqramda bildirmişəm. Bundan əlavə Baş prokuror Zakir Qaralovun qəbulunda oldum, şəxsən özü ilə danışdım. Zakir Qaralov dedi ki, "mən zamin dayanıram, get mağazalarını aç”.
Gəldim mağazalarımı açdım, amma hər gün bizə xəbər göndərir, hədə-qorxu gəlirlər. Deyirlər ki, "Fəxrəddin Zərdabdan gedənə kimi sizi məhv edəcək”.
Məsələ ilə bağlı Zərdab Rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Hacıyevin münasibətini öyrənmək istədik. O, suallara cavab üçün Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağımızı məsləhət bildi.
Qeyd edək ki, bu, Zərdabda polisin sahibkarlara qarşı amansız rəftarıyla bağlı ilk fakt deyil. Analoji hal ötən ay da baş vermişdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi