Misir Mərdanov BDU rektoru Abel Məhərrəmov və ATU rektoru Əhliman Əmiraslanovla müzakirə aparıb

img

02-04-2010 [07:29]


Aprelin 2-də Təhsil Nazirliyində ?Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili (real vəziyyət, problemlər, perspektivlər)? mövzusunda kollegiya iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ali məktəb rektorlarının, müvafiq struktur nümayəndələrinin iştirak etdikləri iclasda təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Nazir ölkəmizdə bu sahənin inkişafı üçün həyata keçirilən tədbirləri, qazanılan uğurları diqqətə çatdırmışdır. O, eyni zamanda, əcnəbi vətəndaşların respublikamızda təhsili barədə fikirlərini açıqlayıb. Təhsil nazirinin müavini Elmar Qasımov mövzu ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə təhsilin daha da inkişafı üçün geniş imkanlar yaradılır. Buna görə də Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi vətəndaşların sayı ildən-ilə artır. Vurğulanıb ki, 2009-2010-cu tədris ilində respublikamızda 50-dək ölkədən 6800-dən çox əcnəbi tələbə təhsil alır. 2005-2006-cı tədris ilində ölkəmizin ali təhsil müəssisələrində 4500-ə, 2006-2007-ci tədris ilində 5500-ə, 2007-2008-ci tədris ilində isə 6500-ə yaxın əcnəbi vətəndaş təhsil alıb. Əcnəbi vətəndaşlar ölkəmizin ali məktəblərində təhsilin bakalavr, magistratura, aspirantura pillələrində dövlət hesabına və ya ödənişli əsaslarla oxuyurlar. Onlar Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universitetində və digər ali məktəblərdə müxtəlif ixtisaslar - mühəndislik, pedaqoji, tibb, iqtisadiyyat, idarəetmə, incəsənət və s. üzrə təhsil alırlar. Ölkəmizdə ali məktəblərdə oxuyan əcnəbi tələbələrin əksəriyyəti Türkiyə, İran və Çin Xalq Respublikasından olan gənclərdir. E.Qasımov Azərbaycanda əcnəbi vətəndaşların təhsili ilə bağlı mövcud problemləri və perspektivləri də nəzərə çardırıb. Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov və digər çıxış edənlər də ölkəmizdə əcnəbi vətəndaşların təhsili barədə mülahizə və təkliflərini bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA