Qarabağ müharibəsi iştirakçılarının asudə vaxtları səmərəli təşkili olunacaq

img

11-05-2016 [11:55]


"Qarabağ Əlilləri və Veteranları”İctimai BirliyininMətbuat xidmətindən birlik.az saytına verilən məlumata görə"Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, 20 aprel 2016 – 20 avqust 2016 - cı il tarıxinə kimi"Qarabağ müharibəsi iştirakçılarının asudə vaxtlarının səmərəli təşkili”adlı layi­hə­sinə start verdi.

Layihənin xərclər smetası təsdiq olunsa da Ədliyyə Nazirliyindən veriləcəkbildirişməlum olmayan səbəblərdən gecikdirildiyi üçün layihənin icrasına başlaya bilmirdik.

Nəhayət ki, bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından bildirişin verilməsi xəbərini aldıq və layihənin uğurla həyata keçirmək ümidilə KİV-nə və saytlara ilk başlanğıc press-relizlə müraciət edirik.

Həyata keçirəcəyimiz Layihənin direktoru, "Qarabağ Əlilləri və Veteranları” İctimaiBirliyinin sədri Növrəstə Yusifova layihə haqqında məlumat verərək bildirdi ki, icra edilən layihənin başlıca məqsədi, Bakı şəhəri və şəhər ətrafı rayonlarda yaşayan Müharibə iştirakçılarının müraciətlərinə əsasən, Respublikanın müxtəlif reqionlarında onların asudə vaxtlarının səmərəli təşkili, tarixi abidələrlə tanışlıq və istirahətlərinin normal səviyyədə kecirilməsinin təşkil olunmasıdır.

Beləliklə, həyata keçirəcəyimiz bu layihədə Müharibə iştirakçılarının sosial problemlərindən biri olan istirahətlərinin təmin olunmasında köməklik göstərməkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA