10-05-2016 [23:16]
Mərhum prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar mayın 10-da Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən tədbir keçirilib.
Konsulluqda Baş konsul Rəşad İsmayılov, Batumi Dövlət Universitetinin Beynəlxalq hüquq, Beynəlxalq münasibətlər üzrə təhsil alan 30 nəfərdən ibarət tələbələrini qəbul edib, onlara Heydər Əliyevin Azərbaycan tarixindəki parlaq ictimai-siyasi fəaliyyətindən bəhs edib.
Bundan sonra, Şota Rustaveli adına Batumi Dövlət Universitetində mərhum prezidenti adını daşıyan "Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi”nin açılışı olub.
Acılışda Baş konsul Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində göstərdiyi xidmətləri xatırladıb və məhz onun səyləri nəticəsində Azərbaycanın dünya ictimaiyyəti arasında öz layiqli yerini tutduğunu qeyd edib. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkənin üzləşdiyi problemlərin həllində, möhkəm iqtisadi inkişafın əsasının yaradılmasında və tarazlaşdırılmış xarici siyasət kursunun təyin edilməsində Heydər Əliyevin əvəzedilməz rolunu vurğulayan baş konsul onun tərəfindən əsası qoyulan inkişaf strategiyasının Azərbaycanı regionun lider ölkəsinə çevirdiyini bildirib.
Baş konsul Rəşad İsmayılov "Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi”nin yaradılmasının iki ölkə arasında elm, təhsil, mədəniyyət, humanitar və digər əlaqələrə dair konfrans və sərgilərin keçirilməsi, universitetin tələbələri üçün Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmağı baxımından son dərəcə vacib olduğunu bildirib.
Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Aftandil Beridze cıxış edərək, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən danışıb.
Tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Aftandil Beridze və digər dövlət rəsmiləri, Acarıstan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və İdman naziri Qiya Tavamaishvili, Batumi şəhərinin meri Georgiy Yermakov, Türkiyə Respublikasının və İran İslam Respublikasının Baş Konsulluqlarının əməkdaşları, Batumi Dövlət Universitetinin rektoru , Acarıstan Muxtar Respublikasının hökumət aparatının və nazirliklərinin, "SOCAR-Georgia” şirkətinin əməkdaşları, muxtar respublikanın ziyalıları və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Çıxışların ardınca Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.







Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi