ilham Əliyev Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alizer Usmanovu qəbul edib

img

02-04-2010 [06:30]


Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanovu qəbul edib. Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanov Azərbaycanda idmana, o cümlədən Qılıncoynatma Federasiyasının fəaliyyətinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, əminliklə qeyd etdi ki, bu idman növü üzrə yaxşı ənənələrə malik olan Azərbaycanda dövlət səviyyəsində göstərilən qayğının nəticəsində idmançılarımız yeni uğurlar qazanacaqlar. Dövlət başçısı qılıncoynatma üzrə gənclər və yeniyetmələr arasında dünya çempionatının ölkəmizdə keçirilməsinin əhəmiyyətinə toxunaraq Beynəlxalq Qılıncoynatma Federasiyasının və onun prezidentinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycanda ümumilikdə idmanın və onun ayrı-ayrı növlərinin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu cür tədbirlərin keçirilməsinin Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığının daha da genişlənməsi və ölkəmizdə qılıncoynatma idman növünün sürətlə inkişafı işinə təkan verəcəyinə əminliyini ifadə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA