Həbsxanalarda ciddi dəyişiklik - Daxili intizam qaydalarında

img

10-05-2016 [19:56]


Ədliyyə Nazirliyinin Kollegiyası "Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nda dəyişiklik edib. 

Mia.az-ın məlumatına görə, dəyişiklik narkoloji xəstə məhkumlar barəsində tibbi xarakterli məcburi tədbirlərlə əlaqədardır.

İndiyə qədər tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi həkim komissiyasının rəyi əsasında məcburi müalicəni həyata keçirən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin vəsatəti ilə məhkəmə tərəfindən həyata keçirilib. Dəyişikliyə əsasən isə bundan sonra cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumlar barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin ləğv edilməsi məsələsinə məcburi müalicəni həyata keçirən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla, cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA