10-05-2016 [19:22]
Sovet Azərbaycanının siyasi elitası çox böyük çətinliklər hesabına yaranmışdı. SSRİ-nin ali rəhbərliyində təmsil olunmaq şansı və ən əsası, bu sovet elitasını sənə qulaq asmağa vadar etmək faktı çox nadir nümunələrdəndir.
Siyasi elita ölkənin uğurlarında mühüm rol oynayır. Əgər hədəflər eyni olursa, bu, daha yaxşı effekt verir. Zamanın nəbzini itirənlər üçünsə bəzən fəlakətli nəticələr doğurur.
Mia.az Strateq.az-a istinadən xəbər verir ki, "Zaman axarında” layihəsində təqdim edilən foto bu baxımdan maraqlıdır. 1984-cü il. SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini, Siyasi Büronun üzvü Heydər Əliyev Bakıya gəlib. Onu Azərbaycan Kommunist Partiyasının birinci katibi Kamran Bağırov, Mərkəzi Komitənin katibi Həsən Həsənov və Komsomol Komitəsinin 1-ci katibi Vaqif Hüseynov müşayət edir.
Mərhum Heydər Əliyev üçün kadrların peşəkarlığı çox mühüm amil idi. Zaman isə sakit zamanlardı. Bu zəmanədə idarəetmə üçün sakit bir adamın – Kamran Bağırovun şəhər ziyalılığı, Həsən Həsənovun təsərrüfatçılığı, Vaqif Hüseynovun gənclik pafosu əl verirdi.
Lakin zaman burulğanının bəzən münasibətləri gizlədən bəzəkli pərdəni bir tərəfə vızıldadaraq, tam ayrı bir mənzərəni orta qoymaq qüdrəti də var. Cəmi bir neçə il keçəcək. Qorbaçov "Yenidənqurma”sı hələ ki monolit görünən Azərbaycan siyasi elitasının bu nümayəndələrini çox sınaqlar qarşısında qoyacaq.
Həsən Həsənov 90-larda hakimiyyət uğrunda apardığı siyasi intriqaları ilə gündəmə gələcək, komsomol lideri Vaqif Hüseynov Dövlət Təhülkəsizliyi Komitəsinin sədri postunu tutacaq, Kamran Bağırov isə Qarabağ dalğasının ilk qurbanı olacaqdı. Şəhər mühitinin yetişdirdiyi bu sakit və ziyalı rəhbər ölkənin başı üzərini almış qorxunc fırtınanı anlamayacaqdı. SSRİ rəhbərliyindən uzaqlaşdırılıb təqaüdçü həyatı yaşayan Heydər Əliyevi də unutmağa çalışacaqdı – onu rəhbər vəzifəyə tövsiyə edən şəxsi…
Vaqif Hüseynovun bəxtinə ölkədən qaçmaq taleyi yazılıbmış… Ağır 20 yanvar qırğınını günahkarlarından biri kimi…
Həsən Həsənovu isə müstəqil ölkənin xarici siyasətinə rəhbərlik etmək, sonra qərib ellərdə səfir həyatı yaşamaq gözləyirdi.
Yalnız Heydər Əliyev çərxi-fələyin bu oyunundan salamat çıxıb qayıdacaq…
Hələ ki gələcəyə baxırlar sanki… Ömrün sürprizlərindən xəbərsiz halda…
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi