10-05-2016 [18:19]
Bu gün Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da təntənə ilə qeyd edilib.
Mia.az xəbər verir ki, səhər saatlarından başlayaraq Ulu Öndərin adını daşıyan Xatirə Parkında böyük izdiham yaşanıb.
Şəhər icra hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, yaşlı nəslin və gənclərin nümayəndələri, müharibə veteranları, rayon sakinləri Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Anım tədbiri Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran şəhər təşkilatının birgə təşkilatçılığı ilə "Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir” mövzusunda konfransla davam etdirilib.
Konfransda çıxış edən şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov Ümummilli Liderin həyat və fəaliyyəti barədə danışaraq, çətin tarixi sınaqlara məruz qalmış Azərbaycan dövlətçiliyinin bərpasında və möhkəmlənməsində böyük rəhbərin müstəsna xidmətləri olduğunu bildirib.
T.Qaraşov qeyd edib ki, müstəqil Azərbaycan Respublikasının memarı olan Heydər Əliyev ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarıb, geniş islahatların keçirilməsində, "Əsrin neft müqaviləsi”nin bağlanmasında böyük əmək sərf edib, gənc dövlətimizin beynəlxalq nüfuzunun artmasında müstəsna xidmətlər göstərib. Hazırda Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla, dönmədən davam və inkişaf etdirilir.
Tədbirdə YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşovun mövzu ilə bağlı məruzəsi dinlənilib.
Lənkəran Rayon Ağsaqqallar Şurasının üzvü Ramazan Quliyev, yazıçı-publisist Siyavuş Süleymanlı və şəhər 7 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Əliyeva çıxış edərək, Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətlərindən, onun tarixi irsi və bu irsin nəsillərə örnək olmasından danışıblar.
Konfransda Prezident Administrasiyasının məsul işçisi Nəsimi Məmmədov iştirak edib.
Həmin gün Ümummilli Liderin anadan olmasının 93-cü ildönümü münasibətilə Lənkəranda kütləvi ağacəkmə aksiyası keçirilib. Minədək sakinin iştirak etdiyi aksiyada 2500-ə yaxın ağac, 3000 mindən çox gül kolu əkilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi