Bakı Metropolitenində 3-cü xətt istifadəyə veriləcək

img

02-04-2010 [05:06]


Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirən Bakı Metropolitenin rəisi Tağı Əhmədov metropolitendə mühafizə tədbirlərinin yaxşılaşdırılması, yeni tikilən stansiyalar, son zamanlar yaranan elektrik kəsilmələri ilə bağlı məsələlərə aydınlıq gətirib. Metropoliten ərazisində təhlükəsizlik kameraları quraşdırmaqla təhlükəsizliyi tamamilə təmin etməyin mümkün olmadığını deyən rəis bildirib ki, Azərbaycan müharibə şəraitində olduğundan metropoliten əslində uzun illərdir ki, gücləndirilmiş iş rejimində işləyir. Onun sözlərinə görə, şərti adları ?Əcəmi-2?, ?Avtovağzal? və ?Azadlıq prospekti? satansiyalarının davamı olan stansiyaların tikintisi aparılır. Bu stansiyalar üçüncü xətti təşkil edəcək. Bu xətt o biri xətlərdən tamamilə fərqlənəcək. Yeni xətt müasir standartlara cavab verəcək. Vaqonların sayı isə 7 olacaq. Yeni xətlərdə həm də fiziki qüsurlu şəxslərin normal hərəkəti üçün avadanlıqlar quraşdırılacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA