“Heç vaxt öz çirkin niyyətlərinə çata bilməyəcəklər” – Müdafiə Nazirliyindən sərt bəyanat

img

10-05-2016 [16:08]


"Bəzi üzdəniraq saytlarda Ordumuza qara yaxmaq, böhtan xarakterli və düşmən dəyirmanına su tökmək məqsədi daşıyan yazılar dərc olunub”. 

Mia.az xəbər verir ki, bu sözlər Müdafiə Nazirliyinin mətbuat xidmətinin xüsusi yaydığı bəyanatda yer alıb.

Bildirilib ki, ordumuzun düşmənə qarşı həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları, torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyəti Azərbaycan Prezi­den­ti­, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qiymətləndirilib:

"Bu yüksək qiymətdə hər kəsin, zabitlərin, gizirlərin, müddətdən artıq xidmət edənlərin və əsgərlərin, bir sözlə Ordumuzun hər bir üzvünün payı vardır.

Mətbuatda bu cür yazılar yaymaqla ermənipərəst qüvvələr özünün iç üzünü açıb göstərirlər. Onlardan fərqli olaraq Silahlı Qüvvələrimizin rəhbərliyi və şəxsi heyəti gecə-gündüz ancaq bir məqsəd - torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində çalışır.

Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş və mənəvi-psixioloji ruhu yüksəkdir. Düşmən dəyirmanına su tökməklə məşğul olanlar heç vaxt öz çirkin niyyətlərinə çata bilməyəcəklər. Ordumuz hər an xalqımızın tələbi və Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad etməyə hazırdır və qadirdir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA