10-05-2016 [14:07]
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun 29-30-cu kilometrliyində salınan yaşıllıq sahəsində mərhum prezident Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirak ediblər.
Mia.az xəbər verir ki, Dövlət başçısı və xanımı əvvəlcə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumatları əks etdirən stendlərlə tanış olublar.
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Prezident İlham Əliyevə nazirlik tərəfindən 2008-2016-ci illər ərzində salınmış və damcılı suvarma sistemi ilə təchiz edilən yaşıllıqlar barədə məlumat verib. Bildirilib ki, həmin müddətdə Bakı-Şamaxı magistral avtomobil yolunun ətrafında 622 mindən, Bayıl yamacında 463 mindən artıq, Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Hacıqabul hissəsində 1 milyon 600 minə yaxın, Bakı-Quba magistral avtomobil yolunun ətrafında 680 mindən çox, Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsində 500 minə yaxın ağac əkilib. Beləliklə, 2008-2016-ci illərdə respublika ərazisində nazirlik tərəfindən sahəsi 3776 hektar, uzunluğu isə 190 kilometr olan ərazidə ümumilikdə 4 milyon 826 mindən çox ağac əkilərək onlara zəruri aqrotexniki qulluq göstərilib.
Qeyd olunub ki, yaşıllıqlar salınarkən zeytun ağaclarına daha çox üstünlük verilib. Buna görə də hazırda bu ağacların əkildiyi sahələr son yüz ildə Azərbaycanda salınan zeytun bağlarının sahəsindən üç dəfə çoxdur. Əkilmiş zeytun ağaclarının sayı isə artıq 1 milyon 268 mini keçib. Son səkkiz ildə nazirlik tərəfindən yaşıllıq sahələrinə 11 min kilometr uzunluğunda damcılı suvarma xətləri çəkilib.
Dövlət başçısına məlumat verilib ki, indiyədək Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun ətrafında ümumi sahəsi 969 hektar, uzunluğu isə 20 kilometr olan ərazidə 58 növdə bir milyondan artıq ağac əkilib. Onların arasında zeytun, Eldar şamı, sərv, tuya, oleandr, Arizona sərvi, akasiya, göyrüş, lələk, tut, nar, badam, sarağan, meliya və digər ağac növləri var.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ərazidə ağac əkiblər.
Dövlət başçısı və xanımı ağacəkmə kampaniyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər.
Ərazisi 12 hektar olan bu yaşıllıq sahəsində mayın 10-da ümumilikdə 10 minə yaxın zeytun, Eldar şamı, sərv, Arizona sərvi, mavi küknar, limonad sərvi, leylandi ağacları əkilib.
Qeyd edək ki, hazırda ölkə ərazisində ətraf mühitin sağlamlaşdırılması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair imzaladığı sənədlər bu sahədə mühüm nailiyyətlər əldə etmək üçün hərtərəfli şərait yaradıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində də ölkəmizdə yaşıllıqların artırılmasına, mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirilir. Bu məsələdə Fondun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də mühüm rolu var.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi