Sabah yağış yağacaq... - Hava proqnozu

img

10-05-2016 [13:07]


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, mayın 11-də səhər və gündüz bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 11-də bəzi yerlədə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam intensiv olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, mayın 11-i 13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA