Beyləqanda Heydər Əliyevin ildönümü ilə bağlı rayon birinciliyi keçirilib - FOTOLAR

img

10-05-2016 [12:51]


Beyləqan rayon Gənclər və İdman idarəsinin təşəbbüsü və rayon Təhsil Şöbəsinin dəstəyi ilə Şəhər mərkəzi stadionunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildünümü ilə əlaqədar yeniyetmələr arasında yüngül atletika üzrə rayon birinciliyi keçirilib.

Tədbiri açıq elan edən Gənclər və İdman idarəsinin rəisi Sənan Quliyev çıxış edərək müstəqil Azərbaycan Respublikasının inkişafında ulu öndərin misilsiz xidmətlərindən bəhs edib.

Daha sonra idmançılara öz güclərinin sınamaq üçün yarışa start verilib.

Mübarizə şəraitində keçən yarışın sonunda ümumi xal hesabı ilə şəhər 1 nömrəli tam orta məktəbin komandası 1-ci yerə, Təbiət və humanitar təmayüllü liseyin komandası 2-ci yerə və nəhayət, şəhər 3 nömrəli tam orta məktəbin komandası isə 3-cü yerə layiq görülüblər.

Tədbirin sonunda qalib komandalar Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA