"Hərbi komisarların bir hissəsi təqaüdə, bəziləri tutduqları vəzifəni layiqincə yerinə yetirmədiklərinə görə izdən uzaqlazdırılıblar"

img

02-04-2010 [04:43]


Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu son vaxtlar hərbi komissarlıqlarla bağlı əsası olmayan aramsız məlumatlarla bağlı açıqlama verib. Müdafiə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, E.Sabiroğlu əslində hərbi çağırışla bağlı bəzi şəxslərin yanlış tənqidlərinə baxmayaraq, prosesin bütövlükdə ictimaiyyət tərəfindən öz dəstəyini tapdığını vurğulayıb. Onun sözlərinə görə, hər şeydən əvvəl, aparılan səmərəli təkmilləşdirmə işləri bu rəyin formalaşmasında əsaslı rol oynayıb: ?Müdafiə Nazirliyi, həqiqətən də, bu məsələdə şəffaflığın və ədalət prinsipinin qorunmasına maksimum dərəcədə çalışır. Ola bilsin bəziləri razılaşmasın, ancaq nazirlik həyata keçirilən bu islahatla artıq müsbət təcrübənin bünövrəsini qoyub?. Mətbuat xidməti rəhbərinin sözlərinə görə, həmin şəxslərin bəzi yanaşmaları ilə də razılaşmaq mümkün deyil və hərbi komissarlıqların ləğvi barədə qərarın olduğunu hansı məntiqlə irəli sürmələri anlaşılan deyil: ?Bunlar hamısı məqsədli və sifarişli şəkildə ortaya atılır. Çünki belə bir qərar yoxdur və göründüyü kimi, hazırda da hərbi komissarlıqlar fəaliyyət göstərir. Bəzi hərbi komissarların işdən götürülməsinə gəldikdə isə deyə bilərik ki, burada da qeyri-adi bir şey axtarmağa lüzum yoxdur. Onların bir hissəsi təqaüdə, digər bir hissəsi isə qoşunlarda xidmətə göndərilib. Aralarında elələri də olub ki, tutduqları vəzifəni layiqincə yerinə yetirmədiklərinə görə işdən uzaqlaşdırılıblar?. E.Sabiroğlu daha sonra hərbi komissarlıqların ayrıca, müstəqil struktur kimi təqdim olunmasının da mövcud qanunvericiliklə səsləşmədiyini qeyd edib. O bildirib ki, Müdafiə Nazirliyi əvvəllər də bu məsələyə münasibətini bildirib: ?Yenə də aydınlıq gətirilməsi üçün görünür, konkret izaha ehtiyac vardır. Qanunvericiliyə görə, hərbi komissarlıqlar birbaşa Müdafiə Nazirliyinə tabe olan təşkilatdır, daha dəqiq ifadə etsəm, onun bir idarəsidir. Başqa idarələr kimi hərbi komissarlıqlar da bilavasitə müdafiə nazirinin rəhbərliyi altında fəaliyyət göstərir, onun əmr və göstərişlərini yerinə yetirir. Digər yanaşmalar isə sadəcə fikirləri çaşdırmağa yönələn cəhd kimi qəbul edilməlidir. Təkmilləşdirmə prosesinin ilk ayında müəyyən xırda problemlər olsa da, indi bütün bunlar aradan qaldırılıb. Hərbi komissarlıqlardan Müdafiə Nazirliyinə göndərilən siyahılar dərhal kompüterə daxil olur və buradan da nazirin əmri ilə yaradılmış səlahiyyətli şəxslərdən ibarət komissiya tərəfindən hərbi hissələrə bölüşdürülür. Sonra da hazır siyahılar yenidən hərbi komissarlıqlara göndərilir?. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri qarşıya qoyulan vəzifənin yüksək məsuliyyətlə yerinə yetirildiyini vurğulayıb: ?Hələ bu günə kimi çağırışla əlaqədar nə qaynar xəttə, nə də vətəndaşların müraciətləri ilə əlaqədar yaradılmış komissiyaya əsaslı bir şikayət daxil olmayıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA