Şəhid zabitin qızı atasının dəfnində insanları belə ağlatdı - VİDEO

img

09-05-2016 [22:41]


Xəbər verdiyimiz kimi, bu gün İmişli rayonunun Göbəktala kəndində şəhid kapitan Nəcməddin Akif oğlu Savalanov son mənzilə yola salınıb.

Onu da xatırladaq ki, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə kapitan Savalanov Nəcməddin Akif oğlu sağlığında "igidliyə görə" medalı ilə təltif oluub.

Şəhid kapitan Savalanov Nəcməddin aprelin 2-də Lələ Təpə yüksəkliyini düşməndən azad olunması əməliyyatında yaralanmışdı. Mayın 8-i isə Bakı Hərbi Hospitalında vəfat edib.

Mia.az Avropa.info-ya istinadən xəbər verir ki, dəfn mərasimində şəhid kapitanın azyaşlı qızının atasının nəşi önündə bayraq haqda şeir söyləməsi Nəcməddin Savalanovu son mənzilə uğurlayanları göz yaşlarına boğub...





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA