Lavrov və Kerri Qarabağdakı vəziyyəti müzakirə etdilər

img

09-05-2016 [22:12]


Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında növbəti dəfə telefon danışığı olub.

Bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Kerri və Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər.

Rusiya XİN-in məlumatında, həmçinin bildirilib ki, danışıq zamanı bir sıra aktual məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və hazırki mərhələdə Minsk qrupunun mümkün addımları müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA