09-05-2016 [14:20]
Xəbər verdiyimiz kimi, ötən gün Bərdədə dəhşətli cinayət hadisəsi baş verib. Rayonun Piyadalar kəndinin sakini 24 yaşlı Bayramov Salman Tahir oğlu kəndin qəbiristanlığına yaxın sahədə tanımadığı insanlar tərəfindən döyülüb.
Həmin şəxslər S.Bayramovu ölümcül döydükdən sonra onu avtomobilinə qoyub, benzin tökərək yandırıblar.
Həmin kənddən olan bir nəfər qəbiristanlığa çatanda avtomobilin yandığını görüb, inilti səsini eşidib.
Həmkəndlisi Bayramovu maşından çıxaraq təcili tibbi yardım maşınının köməkliyilə xəstəxanaya çatdırıb.
Hadisənin baş vermə səbəbi ilə bağlı ziddiyətli xəbərlər yayılır. Bir çoxları 24 yaşlı gəncin borca görə, yandırıldığını bildirsə də, hadisənin gerçək səbəbinin tamamilə başqa olduğu deyilir.
Piayadalar kəndinin bələdiyyə sədri Baxşeyiş Abdullayev AzVision.az -a bildirib ki, hadisəni törədən şəxslərin axtarışı davam edir.
Onun sözlərinə görə, Salman Bayramov gecə saatlarında əmliyyat olunub, vəziyyəti ağır olaraq qalır:
"Bakıdan gələn professor ötən gün Salmanı əməliyyat etdi. Onun başında olan sümük qırıqları çıxarılıb. Hazırda da vəziyyəti ağır olaraq qalır. Reanimasiyadadır, hələ ki, özünə gəlməyib”.
Bələdiyyə sədri hadisənin iki səbəbdən baş verə biləcəyini deyib: "Salman kənddə qaz çəkmə işinə baxırdı. Çox bacarlıqlı oğlandır. Hadisənin iki səbəbə görə törədiliyi bildirilir.
Birinci səbəb ondan ibarətdir ki, Salmanın xeyli mal-qarası olub. Həmin heyvanları satıb maşın almaq istəyirmiş. Onun mal-qaranı satdıqdan sonra üstündə 3-4 min manata yaxın pul olub. Ola bilsin ki, Salmanı pula görə bu hala salıblar. Salmanın valideynləri bu barədə heç nə danışmır.
Hadisənin baş verməsinə digər səbəb kimi Salmanın həddindən artıq internetə maraqlı olması göstərilir. Deyilənə görə, Salman internetdə çox adama mesajlar yazırmış. Bəlkə də hansısa bir qıza mesaj göndərib. Nəticədə bu hadisələr baş verib. Bildiyimiz görə, hadisəni bizim kəndin sakinləri törədib. Amma onların kimliyi bilinmir. Yəqin ki, polis həmin şəxsləri tutandan sonra hadisənin dəqiq səbəbləri ortaya çıxacaq”.
Adının çəkilməsini istəməyən kənd sakinləri bildiriblər ki, hadisə qız üsündə baş verib. Belə ki, Salman Bayramov tanış olmaq məqsədi ilə bir qıza mesaj yazıb. Bundan xəbər tutan qızın qohumları onu cəzalandırmaq qərarına gəliblər. Hadisə də məhz bu səbəbdən baş verib.
Qeyd edək ki, faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır. /Azvision.az/




Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi