09-05-2016 [13:14]
10 ilə yaxın Qafqaz, Rusiya və Avropa muzeylərində, arxiv və fondlarında Xocalı- Gədəbəy mədəniyyətinə aid nümunələri araşdıran tədqiqatçı, Berlin şəhərində fəaliyyət göstərən Qafqaz tədqiqatları İnstitutunun direktoru Nuridə Atəşi qeyd olunan mədəniyyətə aid nəzəri məsələlərin, eləcə də indiyə qədər beynəlxalq elm aləmində qeyri-obyektiv yazıldığını aşkar edib.
Belə ki, o, bu mədəniyyətə aid alman, ingilis, fransız və rus dillərində yazılmış tədqiqat əsərlərini müqayisə edərkən mövcud tarixşünaslıqda bir-biri ilə kəskin surətdə fərqlənən bir neçə elmi yanaşmanı müəyyənləşdirmişdir. Tədqiqatçı eyni zamanda Rusiya, Almaniya, Fransa və digər ölkələrin arxiv və fondlarında indiyə qədər dünya elminə məlum olmayan bir neçə yeni kolleksiya nümunəsini də aşkar etmişdir.
Xocalı- Gədəbəy mədəniyyətinin indiyə qədər qərəzli, qeyri-obyektiv yazıldığını nəzərə alaraq N.Atəşi beynəlxalq elmi nəşrlərdə və beynəlxalq konfranlarda bu problemi dünya elmi ictimaiyyətinin diqqətinə çatdırır, eyni zamanda yenidən tədqiq olunmasını da tələb edir. O, Aprelin 25-29-da Avstiranın Vyana şəhərində keçirilmiş 10-cu Beynəlxalq Yaxın Şərq arxeologiyası konqresində də məruzə ilə çıxış edərək bu barədə beynəlxalq elmi ictimaiyyətə müraciət etmişdir.
Xocalı-Gədəbəy Mədəniyyəti nümunələri ilə zəngin olan Avropa muzeylərindən biri Almaniyanın Berlin şəhərindəki Erkən və Qədim Tarix Muzeyidir. 2012-ci ildən bəri bu muzeyin fondunda geniş tədqiqatlar aparan Nuridə Atəşi bir neçə yeni kolleksiya aşkar etməklə bərabər son 180 ildən bu günə qədər onlarla alman elmi nəşrlərində, muzey kataloqlarında Xocalı-Gədəbəy mədəniyyəti, xüsusilə də Qarabağ tarixinin qeyri-obyektiv yazıldığını müəyyən etmiş, həmçinin onlarla tarixi, coğrafi, arxeoloji və antropoloji nöqsanları aşkara çıxarmışdır.
Tədqiqatçı Xocalı-Gədəbəy mədəniyyəti nümunələrinin Almaniya muzeylərində yenidən tədqiqini, əsasən də Azərbaycan tarixinin və mədəniyyətinin obyektiv və müasir elmin tələbləri çərçivəsində araşdırılmasını təmin etmək məqsədilə beynəlxalq layihə hazırlayaraq həm Almaniyanın, həm də Azərbaycanın aidiyyatı qurumlarına təqdim etmişdir.
Berlin Qafqaz tədqiqatları İnstitutunun mətbuat şöbəsindən verilən məlumata görə, Xocalı- Gədəbəy mədəniyyəti tarixinin, xüsusilə də onun nəzəri və təcrübi problemlərinin elmi prinsiplər gözlənilməklə müasir dövrün tələbləri çərçivəsində yenidən doğru və dürüst tədqiq olunması təklifi beynəlxalq elmi ictimaiyyəti tərəfindən maraqla qarşılanmış və böyük dəstək qazanmışdır.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi