Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin bazasında! - FOTOLAR

img

07-05-2016 [21:47]


Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə Hərbi Dəniz Qüvvələrinin bazasında yeni inşa edilən Dəniz hazırlığı və dalğıc poliqonunun açılışı olub.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ən yeni dalğıc texnikası nümunələri, suyadalma vasitələri, xüsusi avadanlıqlarla təmin edilmiş poliqonun infrastrukturu ilə tanış olan Müdafiə naziri ərazidə yaradılan gəmi və qayıq avadanlıqları kompleksləri, enerji, mühərrik sinifləri, barokamera və təlimatçı otaqları, tədris hovuzu, eləcə də digər inzibati və xidməti bölmələrə baxış keçirib.

Sonra təlim-məşq katerinə gələn Müdafiə naziri şəxsi heyətin praktiki hazırlığı üçün nəzərdə tutulmuş idarəetmə, gəminin davamlılığı və yanğına qarşı mübarizə postlarında da olub.

Xüsusi hazırlıq proqramına uyğun il boyu fasiləsiz davam edəcək nəzəri və praktiki məşğələlərdə dalğıclara sualtı üzgüçülük, qəza-xilasetmə və digər növ sualtı əməliyyatların yerinə yetirilməsi, eləcə də sualtı təchizat və avadanlıqlar barədə biliklər tədris ediləcəkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA