07-05-2016 [16:36]
Ötən gün Sabunçu rayon icra başçısı Adil Vəliyevin qəbul günündə dəhşətli hadisə yaşanıb.
Mia.az xəbər verir ki, qəbulda musavat.com-un müxbiri də iştirak edib və baş verənlərin şahidi olub. İcra başçısı ilə görüşməyə gələn onlarla vətəndaş səhər saatlarından icra hakimiyyətinin binası qarşısında gözləsələr də, onlar siyahıya alınmayıb və günün sonuna qədər icra başçısı tərəfindən qəbul edilməyiblər.
Bundan qəzəblənən vətəndaşlarla icra nümayəndələri arasında mübahisə yaşanıb. Vətəndaşlar icra başçısından onları qəbul etməsini tələb ediblər.
Qeyd edək ki, mətbuat nümayəndəsi olaraq, bizi də icra başçısı Adil Vəliyev şəxsən özü müsahibə üçün dəvət etsə də, saatlarla gözləməyimizə rəğmən qəbul etməyib. Lakin orada yaşananlar icra başçısının fəaliyyətini o qədər aşkar göstərib ki, müsahibəyə ehtiyac belə qalmayıb. Əksəriyyəti yaşlı və əlil olan şikayətçilər isə artıq neçənci dəfədir ki, səhər saat 7-dən axşam saatlarına kimi burada gözlədiklərini, lakin qəbul edilmədiklərini deyiblər.
İcra başçısının qəbuluna gələn II qrup əlil Tağı Ağayev musavat.com-un kamerası önündə huşunu itirərək yerə yıxılıb.
Vətəndaşların ilkin yardım göstərməsi nəticəsində gənc həyatda qalıb. Daha sonra hadisə yerində təcili tibbi yardım çağırılıb və Tağı Ağayevə yardım göstərilib.
Gəncin anası Mətanət Ağayeva deyib ki, oğlu bu xəstəliyi 2003-cü ildə əsgərlikdə qazanıb və hərbi xidmətini yerinə yetirərkən, mina partlaması nəticəsində "kantuziya” alıb, başında şiş yaranıb. Əsəb və narahatlıq keçirdikdə isə, gəncdə ürəkgetmə halları baş verir.
31 yaşlı Tağı Ağayev əlilliyinə görə, 130 manat pensiya alır. Onu isə kirayə qaldıqları evə vermək məcburiyyətində qalırlar. Ailəli və bir övlad sahibi olan gənc, vətən uğrunda itirdiyi sağlamlığının müqabilində dövlətdən bir otağı ,bir mətbəxi olan kiçik bir ev istəyir. Lakin hər dəfə qəbula gələndə başlarına buna bənzər hadisələr gəlir.
Sizə çatdırdığımız, bu şikayətçilərdən yalnız birinin problemidir. Digərləri də buna bənzər problemlərdən əziyyət çəkən şəxslərdir ki, ümid yeri kimi icra başçısının qəbuluna düşməyə çalışırlar.
Lakin icra nümayəndələri vətəndaşları "10 dəqiqə sonra qəbul edəcək” , "15 dəqiqə sonra qəbul edəcək” deyib günlərlə aldadırlar. Biz qəbulda olarkən də vətəndaşların gözlədiyi halda, icra başçısının arxa qapıdan çıxıb getdiyinin şahidi olduq.
Vətəndaşlar isə icra başçısı əvəzinə, problemlərini danışıblar.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz:









Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi