06-05-2016 [22:34]
Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi ilə bağlı yeni qaydaları açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, "Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları” ilə bağlı bir sıra dəyişiklik olub.
Məlumata görə, müsabiqənin keçirilməsi ilə əlaqədar aparılan dəyişikliklərə əsasən, vakant yerlərin seçim sayı 8-dən 4-ə endirilib. Yer tutan namizədlər həmin yerdən imtina edərlərsə, müsabiqənin növbəti yerləşdirilməsində iştirak edə bilməzlər. Əvvəlki illərdə vakant yerlər elektron ərizə doldurularkən seçilirdisə, bu il bu proses test imtahanından sonra mümkün olacaq.
Təhsil Nazirliyinin 28.03.2016-cı il tarixli 165 nömrəli əmri ilə "Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları” təsdiq edilib. Həmin qaydalara əsasən, ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi, eləcə də müəssisələrə müəllimlərin müddətsiz müqavilə ilə işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
Müəllimlərin iş yerinin dəyişdirilməsinin iki forması mövcuddur:
– eyni rayon (şəhər) daxilində iş yerinin dəyişdirilməsi;
– bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) iş yerinin dəyişdirilməsi.
Müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində dəyişdirilməsi hər iki müəssisə rəhbərinin rəyi əsasında tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən (rayon (şəhər) təhsil şöbələri (idarələri)) müəyyən edilmiş qaydada həyata keçirilir. İş yerinin eyni rayon (şəhər) daxilində dəyişdirilməsi prosesi 1-10 may tarixlərində aparılır. İş yerini bu formada dəyişmək istəyən şəxslər təhsili idarəetmə orqanlarına müraciət etməlidirlər.
Müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə üçün elektron ərizə qəbulu iyunun 1-dən 12-nə kimi keçiriləcəkdir. Müsabiqədə müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlər iştirak edə bilərlər.
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, işləməyən, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən şəxslər iştirak edə bilərlər. Müsabiqə üçün ərizə qəbulu iyulun 1-dən 15-ədək aparılacaq.
Müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqə 4 mərhələdə təşkil edilir:
• Müsabiqənin birinci mərhələsində (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi) namizədin ərizədə qeyd etdiyi şəxsi, təhsil və iş təcrübəsi haqqında məlumatlar yoxlanılır.
• Müsabiqənin ikinci mərhələsində (test imtahanı) hər bir namizədə 60 sual (40 ixtisas 10 metodika 10 məntiq) təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir.
• Müsabiqənin üçüncü mərhələsində (vakant yerlərin seçimi) test imtahanı nəticəsində zəruri keçid balını toplamış namizədlər vakant yerləri seçirlər. Namizədlər dörd yer seçə bilərlər.
• Müsabiqənin dördüncü mərhələsində (müsahibə) test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi