Vasif Talıbov iki qəhrəman şəhidin ailəsinə mənzil verdi - FOTO

img

06-05-2016 [21:34]


Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisində bu ilin aprel ayında Füzuli və Tərtər rayonlarında döyüşlərdə şəhid olan mayor Rasim Məmmədov və leytenant Qabil Orucəliyevin ailələrinə yeni mənzillər təqdim olunub.

Mia.az xəbər verir ki, Ali Məclisin sədri Vasif Talıbov tərəfindən şəhid ailələrinə verilən 2 və 3 otaqlı mənzillər Naxçıvan şəhərindəki yeni yaşayış kompleksində yerləşir: "Tam təmir olunan mənzillərə bütün mebel avadanlıqları və məişət əşyaları qoyulub, lazımi kommunal-məişət şəraiti yaradılıb".

P.S. Fotodakı azyaşlı oğlan mayor Rasim Məmmədovun oğludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA