06-05-2016 [19:46]
Sabiq deputat Gülər Əhmədovanın azadlığa çıxmasından 2 il ötüb.
2014-cü ilin 5 may tarixində Apellyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa çıxan G.Əhmədova Musavat.com-un əməkdaşı ilə söhbətində G.Əhmədova ötən 2 ili qiymətləndirmək istəməyib, deyib ki, o günləri xatırlamaq da istəmir. "2 il quş kimi keçdi” deyən sabiq deputat yeni şeirlər yazdığını bildirib.
Mia.az Musavat.com-a istinadən həmin şeirləri təqdim edir:
Dərdini danışma gülməsin ölüm
Gülüşdə boğ yaşı,yuxuda ağla.
Düşmənə, nakəsə göstərmə, gülüm,
Daşı qəlbinə bas, yuxuda ağla.
Bu dərd qurtaracaq, alma vecinə
Qara fikirləri salma içinə
Duayla sinə gər dərdin köçünə -
Daşı qəlbinə bas, yuxuda ağla!
Səni incitməsin tənəli baxış,
Bu çətin gündən də var yenə çıxış...
Təkcə Allahına dərdini danış -
Daşı qəlbinə bas, yuxuda ağla...
Hər kəsin öz dərdi, özünə böyük
Dərdini dinləməz hər qəlbi sönük.
Görsən ki çıxdılar dostların dönük -
Daşı qəlbinə bas, yuxuda ağla...
Dağın dərdi varsa – səma sirdaşı
Ağac quruyarsa – istər yağışı...
Səni qaldıracaq rəbbin naxışı -
Daşı qəlbinə bas, yuxuda ağla...
Rəbbin rəhimlidir, o sevir səni
Dua et, onunla şad et qəlbini.
Bu dünya aparıb neçə dərdini
Daşı qəlbinə bas, yuxuda ağla...
Bu günü o günə cala, tələsmə,
Sakit ol, itaət eylə həvəslə
İbadət əhlisən, de uca səslə:
- Daşı qəlbinə bas, yuxuda ağla!
Deyirlər, afərin dözürsən dərdə
Sınmırsan, küsmürsən mərdə, namərdə.
Haqqın bir üzü var çıxacaq hərdəm -
Daşı qəlbinə bas, yuxuda ağla.
Bir tarix yazırsan, hələ bilmirlər
Kişilər kişilik nədir, bilirlər
Səni başa düşər, bir gün aqillər
Daşı qəlbinə bas, yuxuda ağla.
***
Dağ və Külək
bu dağa bir külək gəldi,
aparacaqdı nə isə
bu dağdan qoparacaq
nəyi vardı apardı
bir az toz, bir az qum,
bir də kol-kos apardı.
Dağa dəyə bilmədi
bu dağ nəyin itirdi?
qəlbindəki incilərimi?!
köksündə idi,
dəyə bilmədi külək,
kolun saçından yapışıb
sürüdü yelə verdi…
dağ heç bir şey demədi,
çünki qəlbi sağ idi.
Küləklə sovrulanlar
küləyə baş əydilər
qalxıb göyün üzünə
birdəfəlik öldülər.
Dağdan keçən küləyin
sayını itirmişəm
əsirlərdir gəlirlər,
uçurub sevinirlər
dağsa durub dağ kimi,
külək hey gəlib-gedir...
kimin ki yox kimliyi
qəlbi, könlü
havada dəli kimi sovrulur
sovrulanlar, soyanlar,
tez-tez gəlib keçəcək
nə tapsa aparacaq.
Dağsa, elə daglığında qalacaq!
***
Ərşə çəkilən yuxum
Məni xoşbəxt edən yuxu,
Niyə ərşə çəkilmisən?
Yoxsa,
qovuşdurmaq üçün mənə
o günahsız körpəmin
çökmüsən gözlərinə?!
Bəlkə əsgər oğlumlasan
kipriyindən asılmısan?!
hara getmisən, ay yuxu,
namərd dostlar kimi
səndəmi üz çevirmisən?!
Aparmasın sellər deyə
namərd körpüsündən keçmisən!
Axı mənim dostum idin
dəmir qapı arxasında.
Gəl apar məni, apar
bəlkə,
o körpə balam
bu gecə açıbdı üstünü…
Yəqin küsüb həm özündən,
həm də məndən
hər görüşdə:
nə vaxt evə gələcəksən
sorub, sorub
yorulardı,
ayrılanda ağlayardı.
hardasan, ay namərd
axı ağır keçir gecə.
gəl, gəl,
bu dəmir qapını
keçək gizlicə,
gizlicə
yalnız sənlə
görə billəm fidanımı
ana qucağından uzaq
üşüyərək yatanımı!
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN
Türkiyədə klub tam başsız qaldı - Vitse-prezident də tutuldu
Sabah hava necə olacaq? - Proqnoz
"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir
QARABAĞA KÖÇ DAVAM EDİR
MİT terrora hazırlaşan İŞİD-çini qandalladı
Əli Əsədov qərar imzalayıb
Fərid Şəfiyev: "Ermənistanda keçiriləcək seçkilər bizim üçün maraqlıdır" - "Ümid edirik ki, Aİ ilə münasibətlərdə də yeni mərhələ açılacaq"
Türkiyəli nazir COP31-in sədri təyin olunub
Həbsdəki sabiq icra başçıları: hansılar amnistiyadan faydalanacaq?