06-05-2016 [16:07]
Daxili İşlər Nazirliyi Azərbaycanda fəaliyyət göstərən kriminala yaxın şəxslərə qarşı böyük "müharibə”yə başlayıb.
Mia.az aznews.az-a istinadən xəbər verir ki, nazir Ramil Usubovun göstərişiylə kriminal avtoritetlərin, mütəşəkkil cinayətkar dəstələrin zərərsizləşdirilməsi istiqamətində ciddi işlər aparılır. Bildirilir ki, əməliyyatlara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Məsələnin bu cür kəskin qoyulması son aylarda kriminal durumun gərginləşməsi, "razborka” vaxtı silahlı insidentlərin sayının çoxalması, "oğru aləmi”nə yaxın şəxslərin kifayət qədər fəallaşmasını göstərən halların artması olub.
"MÜHARİBƏ” NECƏ BAŞLADI...
Aprelin 21-də Bakının Badamdar qəsəbəsindəki "Bulaq” restoranında baş verən atışma və nəticədə ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqanın maşınının güllələnməsi kriminallara qarşı total əməliyyatlara başlanması üçün qığılcım olub.Məlumatlı şəxslərin dediyinə görə, bu hadisə hətta ölkə başçısı İlham Əliyevə qədər gedib çıxıb. Bundan sonra nazir bütün kriminal ünsürlərin tez bir zamanda zərərsizləşdirilməsi barədə göstəriş verib.

Məlum olduğu kimi, səfirliyin maşınının güllələndiyi hadisə restoranın müştəriləri arasında iri məbləğdə pul üstündə mübahisə zamanı baş verib. İnsidentin iştirakçıları restorana məhz bu məsələnin müzakirəsi üçün toplaşıblarmış.
Samir adlı qonaq söhbətə odlu silahla gəlib. Və elə restoranın həyətində atəş açmağa başlayıb. Nəticədə bir neçə nəfər yaralanıb.
Nazirin məsələylə bağlı göstərişindən sonra bir çox maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən kriminal dəstələrin fəaliyyəti əslində, aidiyyəti dövlət qurumlarında bəzi səlahiyyətli səxslərə bəllidir. Lakin kriminala yaxın şəxslərin cinayətləri çox hallarda rəsmiyyətə salınmır. Bu isə həmin şəxslərin əl-qolunu daha da açır və kriminal durum getdikcə ağırlaşır.
Məsələn,aprel ayının əvvəlləri Novxanıda kriminal dəstələrin böyük toqquşması olur. Odlu silahlardan atəşlər açılır, bir neçə nəfər yaralanır, bütün kənd bu hadisədən təşvişə düşür.Lakin polisin bu hadisəylə bağlı hər hansı rəsmi məlumatına rast gəlinmir.

Kriminal toqquşmanın təfərrüatları da məlumdur.
Qeyd olunan hadisə Türkiyədə Rövşən Lənkəranski tərəfindən "tac”ından məhrum edilən "qanuni oğru” Dadaş İbrahimovun (Dadaş Bakinski (Novxanınski)) yaşadığı Kiyevə dönərkən aeroportda özünü bıçaqlamasından sonra baş verib.Belə ki, Dadaş Bakinskinin Novxanıda yaşayan adamları Lənkaranskinin Sumqayıtdakı nümayəndəsini çağıraraq, onun Dadaş barədə yalan məlumat yaydığını, liderlərinin əslində, "tac”dan məhrum edilmədiyini bildiriblər. Bundan sonra onun başına stulla zərbələr endiriblər. Bundan sonra "Lənkəranski”nin adamları Novxanıya hücum çəkərək, onları güllə-boran ediblər. Dadaş Bakinskinin yaxınlarına rəhbərlik edən şəxs qaçıb gizlənib.
Məlumatlara görə, buna oxşar hadisələr vaxtaşırı baş verir.
ƏsasənRövşən Lənkəranskinin və onun rəqibi sayılan "Lotu Quli”nin Bakıda eləcə də, əksər rayonlarda nümayəndələri var. "Palajeniya”ya baxan həmin şəxslər "razborkalar”a gedir, müəyyən problemlərin "oğru qanunları” ilə həllinə nail olmağa çalışırlar. Lakin kriminal "generalların” bir-biri ilə barışmaz mübarizələri yerlərdəki nümayəndələrin də bir-biriləriylə vaxtaşırı toqquşmasına gətirib çıxarır. Və kriminala yaxın şəxslərin toqquşması əksər hallarda ölümlərlə nəticələnir.
SAVAŞ BAŞLADI - sON BİR AYDA KİMLƏR TUTULDU?
Məsələlərin lap "yuxarı” səviyyədə narahatlıq doğurmasından sonra Bakı və Bakı ətrafında, eləcə də regionlarda kriminala yaxın şəxslərə qarşı xüsusi əməliyyatlar başlayıb.

"Bulaq”dakı insidentdən cəmi bir neçə gün sonra Sabunçuda bir-birinin ardınca iki böyük əməliyyat keçirilib.Bakı şəhər Baş Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində 60-dan çox şəxs saxlanılıb.
Əməliyyat zamanı həbs edilənlərin hamısının "qanuni oğru”lar - Rövşən Lənkəranski və "Lotu Quli”nin yaxın adamları olduğu istisna edilmir. Saxlanılan şəxslərin üzərindən narkotik və odlu silah aşkarlanıb.
Oxşar əməliyyatlar Sumqayıtda, Gəncədə baş tutub.
Bundan əlavəSalyanda da iki əməliyyat keçirilib. Birinci əməliyyatda "Tağı Salyanski” (Tağı Qasımov) ləqəbli avtoritet saxlanılıb.
Axtarış zamanı onun üzərindən "Makarov” tapançası və 4 ədəd patron aşkar olunaraq götürülüb.
Dünən baş tutan ikinci əməliyyatda isə Salyan sakini, 1997-ci il təvəllüdlü İlyasov Vaqif Şükran oğlu (kriminal aləmdə "Qoca” ləqəbi ilə tanınan kriminal avtoritet), onunla əlbir olan Salyan rayonu Arbatan kənd sakini, 1994-cü il təvəllüdlü Qasımov Kamran Tağı oğlu (həbs olunan kriminal avtoritet "Tağı Salyanski”nin oğlu) və 1990-cı il təvəllüdlü, 7 il həbsdə olan Məlikov Rza Əliqulu oğlu ("Krıtıy Rza” ləqəbli kriminal avtoritet) həbs edilib.
R. Məlikov narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir. Onun dolayısı ilə yuxarıda adıçəkilən şəxslərlə əlaqələrinin olduğu, kriminal yolla yığılan pulların xəzinədarı olduğu bildirilir.
Məlumata görə, bu tip əməliyyatlar əksər yerlərdə keçirilir, bəzilərinə isə hazırlıq görülür. Məsələnin bu məcraya yönəlməsi kriminala yaxın şəxsləri təşvişə salıb.
Onların bəziləri ölkəni tərk edib, bəziləri isə gizlənməyə çalışır...
Mövzunun davamı olacaq...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi